Köşə
Avara oğlanın rayon qızına sevgisi...
Kəramət Böyükçöl
Birinci kursda oxuyurdum. Universitetdə, əsasən də filologiya fakültəsində çoxlu qız dostlarım vardı. Hamısı da bir-birindən gözəl. Təbiətin canlı çiçəkləri kimi heç biri bir-birinə bənzəmirdi. Hərəsi bir donda, bir baxışda gülürdü. Fidanı isə heç unutmaram, yaddaşım ən işıqlı yerində ayaq üstə dayanıb, elə bil yenə də əllərini cibinə qoyub dayanacaqda avtobus gözləyir. Hava da bərk soyuqdur.
Tələbə vaxtı heç bir vacib işim yox idi, işim-gücüm Xırdalan pivəsi içmək idi. İçib dərsə gəlməyin ayrı ləzzəti var. Hərdən kədərli-kədərli düşünürdüm. Guya həyat məni sıxır. Saçlarım dağınıq, üzüm tüklü və çox ruhsuz görünürdüm. Dostlarım elə bilirdi ki, Fidana görədir. Halbuki, səhərin pivəsini hansı pulla alacağımı fikirləşirdim. Birinci dərsimiz demək olar ki, bufetdə keçirdi. Həmin saat Fidan da dərsə girmirdi. Necə gözəl günlər idi...
Bir dəfə dostum Əjdər Fidandan mənə məktub gətirmişdi. Fidan mənim gözlərimə şeir yazmışdı. Gözlərimdəki kədəri çox yüksək bir şəkildə tərənnüm etmişdi. Əjdər it oynadanın biri idi. Şeri oxuyub məni lağa qoydu. Dedi, sənin gözlərində heç bir məna-zad yoxdu. Sadəcə, bir bakal pivə sənin gözlərini o şəkilə salır.
Əjdər gedib Fidana demişdi ki, guya mənim ədəbiyyatdan kəsirim var, kirayəni ödəyə bilmirəm və ona da əlli manat borcum var. Telefonumda konturum da yoxdur. Guya hər gün Əjdər mənə iyirmi qəpik küçürür. Onsuz da Fidan məni avara oğlan kimi tanıyırdı. Əjdərin bu sözlərindən sonra isə elə bil məndən küsdü.
Bir dəfə Fidan bufetdə başını stola söykədiyi qollarının üstə qoymuşdu. Bilirdi ki, ona baxıram. Amma başını qaldırmadı. Fidan elə bil buralarda deyildi, harasa çıxıb getmişdi. Baxışlarım milçək kimi saçlarına qonurdu. Bunu aydınca hiss eləyirdim. Fidan əlləri ilə yüngülcə saçlarını çırpa-çırpa qəfil başını qollarının üstündən qaldırıb mənə baxdı. Bu dəfə mən başımı aşağı saldım.
Həmin vaxtlar yay imtahan sessiyası başa çatmaq üzrə idi. Bizim iki imtahanımız qalmışdı. Amma Fidangilin imtahanları qurtarmışdı. Fidan rayona gedəcəkdi. Bunu düşündükcə darıxırdım. Bilmirdim nə edəm... Universitetin qabağındakı ağacın qoşa yarpağının birinə öz adımı, yanındakı yarpağa da Fidan yazanda gördüm ki, qızlar gülə-gülə həyətə düşür. Deyəsən, məni gördülər. Təkcə Fidan kədərli idi.
Mən yaxşı eşidim deyə qızlardan biri uca səslə dedi:
– Təzə avtovağzaldan Fidanı Tovuza yola salmağa gedirəm...
O saat Əjdər məni dümsüklədi və vidalaşma səhnəsi başladı. Qızlar öpüşdülər. Fidan Əjdərlə əl uzadıb görüşdü. Mənə isə dodaqaltı dedi:
– Sağ ol...
“Sağ ol”u necə dedisə, ortamdan güllə kimi keçdi. Fidan gedəndən sonra universitet elə bil bomboş qaldı. Heç kəs gözə dəymirdi. Çayxana da işləmirdi. Həyətdə təkcə gəzişirdim. Birdən yarpaqlara baxmaq yadıma düşdü. Sən demə, Fidanın adını yazdığım yarpaq qırılıb yerə düşübmüş, kimsə o yarpağı götürüb mənim adım olan yarpağa sapla sarımışdı.
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
















.webp)

.jpg)

















