Köşə
Toyda Habil Əliyevə 500 manat verən gey müğənni...
Kəramət Böyükçöl
Elmlər Akademiyası metrosunun köhnə çıxışı ilə üzbəüz bir kitab dükanı var. Görənlər bilir ki, dükanın qabağında iki balaca dönər budkası da qoyublar. Ucuzluqdur deyə, camaat qarışqa kimi dönərin başına necə daraşırsa, adamları güclə yarıb kitabların yanına keçə bilirsən. Kitabdan dönər iyi gəlir...
Bu kitab mağazası həmişə müştərilərinin çoxluğu ilə diqqət çəkir. Hər dəfə metronun yanından keçəndə görürəm ki, adamlar içəri doluşur. Və mən də təəccüblənməyə bilmirəm. Doğrudanmı bizim camaat kitab oxumağa başlayıb? Nə məsələdir? Bu yaxınlarda isə fikirləşdim ki, bəlkə həmin kitab mağazasından reportaj hazırlayım. Bu şad xəbəri hamı eşitsin, bilsin. Həm də öyrənim ki, oxucularımızı maraqlandıran kitablar hansılardır? Kimləri oxuyurlar? Kimləri oxumurlar?
Fotoaparatımı, diktafonumu, silah-sursatımı, cer-cehizimi də yığıb həmin kitab mağazasına getdim. Adamlar yenə çox idi. Yaşlı kişilər, cavan gəlinlər, gənc qızlar və s. Özü də camaat get-gedə artırdı. Adamları yaxından görəndə maraq məni daha da bürüdü. Bir qoca kişi vardı, gözləri görmürdü, bir nəfər də qoluna girmişdi. Kişi əlini divara sürtə-sürtə gəlib kitab mağazasına girdi. Fikirləşdim ki, onun gözləri görmür, bəs kitabı necə oxuyur? Cavan oğlanlara baxdım, heç onlar da üz-gözündən kitab oxuyana oxşamırdılar. Bəlkə sevgililərinə hədiyyə kitab almağa gəliblər? Ola bilməzmi? Sonra özüm özümə sual verdim ki, kitabdan da hədiyyə olar? Təsəvvür edin, ildə bir dəfə bayram olur. Gözləyirsən ki, sevgilin sənə nəsə alacaq. Hədiyyə isə nə olsa yaxşıdır? Özünüz başa düşün, deyib qanınızı qaraltmaq istəmirəm...
Reportajıma da elə bu sualla başlamaq istədim. Bayramlarda sizə
kitab hədiyyə eləsələr, xoşunuza gələrmi? Sualı dükandan çıxmaq
istəyən bir qadının üstünə şər kimi atdım.
– Vallah, nə deyim. Hədiyyəlik halım yoxdur. İçəridə lombard var,
ora qızıllarımı qoyub pul götürmüşəm, faizi ödəməyə gəlmişdim –
qadın beləcə də cavab verib getdi.
Allah haqqı, elə bil alınımın ortasından güllə dəydi. Bir xeyli donub qaldım. Amma var gücümlə çalışdım ki, alnıma dəyən güllədən adamların xəbəri olmasın. Guya, içəridə lombard olduğunu elə mən də bilirdim. Necə pərt oldumsa, eyni sualı kənarda büzüşüb dönər yeyən satıcıya da verdim:
– Sizdə hədiyyə kitab alan olurmu?
Ağzını marçıldada-marçıldada:
– Alan da var, almayan da... – dedi.
Kənardan bir qadın müştərinin səsi gəldi. O da deyəsən, lombardda
növbə gözləyirdi. Hiss elədim ki, çox danışan arvaddır. Məhz
bekarçılıqdan, darıxdığından mənim sualıma o da münasibət
bildirdi:
– Ay bala, camaatın nəyinə lazımdı kitab? İndi kitab alan var???
– Xala, mən reportaj hazırlamağa gəlmişəm. Olar sizin şəklinizi çəkim?
Qadın tez üzünü çevirdi:
– Yox, yox, yox...
Qəribə bir şey hiss elədim. Bu ölkədə kim həqiqəti deyirsə, şəklinin çəkilməsini istəmir. Ancaq yalan danışan adamlar şəkildən ötrü ölür, onları da sən çəkmək istəmirsən...
– Gərək qadını kitab oxusun ki, kişisi də ona hədiyyə kitab
alsın, bizim qadınlar qadındır ki... – kimsə dükandan çıxhaçıxda bu
sözü dedi.
Anladım ki, reportaj-zad hazırlaya bilməyəcəm. Burada reportajlıq
bir şey yoxdur. Gücüm ona çatdı ki, kitablardan üzr istəyim...
Əvvəllər həqiqətən elə bilirdim ki, o mağazaya camaat kitab almağa girir. Həqiqətən... Sən demə, kitab dükanının içərisində lombard yerləşirmiş. Aşağı faizlə verirlər deyə, adamlar da bura çox gəlib-gedir....
Di gəl, bu oxuculara yazıçı ol...
Bir kitablıq movzuyla dükandan çıxmaq istəyəndə gördüm ki, bir kişi arvadının lombarda qoyduğu qızılları götürməyə gəlib. Yazıq qadın necə sevinirdi. Yanlarında qızcığaz da vardı, saçını keçi yığmışdılar. Uşaq elə atasının yanındaca anasına nə desə yaxşıdır?
– Ay ma, sevinmə, atam iki gündən sonra o qızılları qaytarıb yenə lombarda qoyacaq...
P.S.
Yazını axıra kimi oxuyanlar üçün bir lətifə hədiyyə olunur:
“Bir gün Habil Əliyevin iştirak etdiyi məclisdə gey müğənilərdən biri olur. Habil müəllim də bunu harda görürmüşsə, biabır edirmiş. Həmin sənətçi Habil müəllimi görən kimi əl-ayağa düşür, deyir, burdan oturma ordan otur-zad. Axırda da çıxarıb cibinə 500 manat qoyur. Deyir, oğul payı kimi qəbul edin. Habil Əliyev isə üzünü musiqiçilərə tutub deyir:
– Ayə, bəs deyirdiniz bu kişi döyül...
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü