• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Trollara ümid olanın mitinqi…

  • Köşə
  • 10 Mart 2018 23:56
  • 793 Baxış
Trollara ümid olanın mitinqi…

Sensasiya baş vermədi. Ən radikal çağırışlarla 10 marta mitinq elan edən Əli Kərimli bu dəfə də üzgün halda meydanı tərk etməli oldu. Rəqəmlərə görə, hakimiyyətin icazə verib ən yüksək səviyyədə təhlükəsizliyini təmin etdiyi mitinqdə min beş yüz nəfər civarında insan iştirak edib. Təbii ki, onların hamısını müxalifətçi elan edə bilmərik. Çünki bir qayda olaraq belə tədbirlərə çoxlu sayda müxtəlif xidmətlərin təmsilçiləri də qatılıb öz vəzifə borcunu yerinə yetirir. Örnək üçün, xeyli sayda jurnalist də o mitinqdə insanların arasında olub və ümumi fotolarda görünmələri elə bir rəy yarada bilər ki, mitinq iştirakçılarıdır. Amma sözüm bunda deyil.

Bu mitinq, gözlənildiyi kimi, zəif alındı, növbətisi isə heç baş tutan da deyil. Hətta hakimiyyət yenə də bunlara əlavə imkanlar yaratsa belə kütləvi mitinq baş tutmayacaq.

Sual oluna bilər ki, niyə? Bunun cavabını aşağıda verəcəyik. İndi isə bəzən insanların diqqətindən qaçan bir məqama aydınlıq gətirmək istərdim.

Sosial media Əli Kərimli və “tərəfdarlarının” radikal çağırışları ilə dolub daşır. Biz bir qayda olaraq az qala onminlərlə insanın hakimiyyətdən narazı olduğu görüntüsünü müşahidə edirik. Sosial medianın fəal iştirakçıları bilir ki, Kərimli “tərəfdarları” xalqı körükləndirməyə, bu “qaniçən” hakimiyyətə qarşı ayaqlandırmağa çalışır. Özü də durmadan. Amma ki, bu mitinq bir gerçəyi göstərdi ki, o “onminlər” də sadəcə fiksiya – sabun köpüyüdür. Yeni medianın dili ilə desək, bunlar trol ordusundan başqa bir şey deyil. “Ordu”nun komandanı, elə çoxsaylı “əsgər”lərinin böyük əksəriyyəti də Əli Kərimlinin özü və ətrafındakı az saylı, hələ bu adamın mahiyyətini tam dərk etməmiş şəxslərdir. Bu şəxslər trol ordusu qurmaqla geniş ictimaiyyəti ölkədə kütləvi narazılıq olduğuna inandırmaq üçün durmadan – gecə-gündüz çalışırlar. Həm də özlərini inandırıblar ki, bu yolla xalqı öz tərəflərinə çəkə bilərlər. Nə qədər sadəlövh bir yanaşma, deyilmi?

İndi Əli Kərimlinin bir ovuc adamla stəkanda fırtına misalı mitinqinin az saylı olmasına qayıdırıq. Bu adamın sosial media üzərindən gerçəkləşdirdiyi bu qədər səs-küylü təbliğatın puç olmasının səbəbi məhz trollarla ictimai rəyi çaşdırmaq cəhdidir.

Biz mitinqlə bağlı məlumatları təhlil edib bir daha bu qənaətə gəldik ki, Azərbaycan insanını heç bir saxta görüntüylə aldatmaq mümkün deyil. Xalqımız ayıqdır, açıq gözlüdür və gerçək siyasi gücü olmayan heç bir siyasətçinin ardınca getmir, getməz də. Ona görə də trolların hesabına özünü böyük siyasi lider kimi göstərmək istəyənlər bundan əl çəkməlidir.

Siyasi lider olub xalqın dəstəyini qazanmağın tək yolu insanların arasında olmaq, onların acılı-şirinli əhvallarını paylaşmaq, saf niyyətli vətəndaşın inamından sui-istifadə etməməkdir. Məsələ bu qədər sadədir. Amma Əli Kərimli bunu edə bilərmi? Bilməz. Ona görə ki, xalq onun ümidlərini dəfələrlə öz məkrli şəxsi niyyətlərinə alət etmiş bir şəxsin ardınca əsla getməz. Bugünkü “ümumxalq” mitinqinin də belə sönük alınmasının bir səbəbi budur. Digər və əsas səbəbi isə sadəcə olaraq xalqın hakimiyyətə olan inamıdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR