• USD 1,7000 0,00% EUR 2,0344 +0,36%
    • GBP 2,2677 -0,22% RUB 0,0224 -0,45%

Vətən xainləri yenə də boy göstərirlər

  • Köşə
  • 23 Oktyabr 2020 17:21
  • 2 810 Baxış
Vətən xainləri yenə də boy göstərirlər

Azər Həsrət

Sonadək dözə bilmədilər! Millətin bu qədər ruh yüksəkliyi, illər sonra torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi belə bunlara əngəl ola bilmədi. Sorosun Azərbaycandakı – azərbaycanlı uzantılarını deyirik.

Anti-Azərbaycan qüvvələrin dövlətimizə qarşı qurub illərdir üzərimizə qısqırtdığı Meydan TV və onun kimilərini deyirik. Biz düşünürdük ki, bunlar heç olmasa belə bir şərəfli tarixi mərhələdə – bütün Azərbaycan xalqının yumruq olub düşmənin başına endiyi, nəhayət ki, torpaqlarımızın işğaldan qurtarıldığı dönəmdə susarlar. Hətta düşünürdük ki, bir az qeyrətə gəlib hansı millətdən olduqlarını xatırlar, millətin yanında mövqe tutarlar. Axı daim xalq-millət deyir bunlar. Axı bunlar daim iddia edir ki, millətin mənafeləri üçün çalışırlar. Bəs nə oldu? Buynuzlarını bir daha göstərməli oldular.

Bəlkə də susardılar. Bəlkə də kənara çəkilib bu Azadlıq Hərəkatının sonunu – illər sonra torpaqlarımızın işğaldan qurtarılmasını gözlərdilər. Amma bacarmadılar. Edə də bilməzlər bunu. Çünki onların ipləri öz əllərində deyil…

Meydan TV, Emin Hüseynov, Arzu Qeybulla nəinki Azərbaycana dəstək vermir, əksinə, düşmənə – ermənilərə açıq rəğbət sərgiləyirlər. Sanki bunları erməni əkib, erməni də doğub!

Bir insan öz xalqına – dövlətinə niyə bu qədər nifrət etsin axı? Hakimiyyətdən xoşları gəlmir? Gəlməsin! Tənqid etsinlər, lap elə onun yerinə alternativ iddiasında olanlara dəstək versinlər. Belə etsələr biz də düşünərik ki, plüralizmdir, demokratiyadır, onlar elə düşünür, sayğılı olmalıyıq. Amma bəs açıq-açığına düşmənə dəstək verməyi hara yazaq, necə yozaq? Bu adamlar da bizim xalqımızın bir parçası deyillərmi?

Biz elə sanırdıq. Anlaşılan odur ki, deyillər! Bir zamanlar olublar, lakin sonra yollarından – qanlarından – genlərindən sapıblar!

Sapqındır bunlar, sapqın! Həm də satqındırlar! Belə bir ölüm-dirim savaşında düşmən səfində yer tutmağın başqa adı olmur ki!

Bu arada dövlətimizdən mən də narazıyam. Bu Meydan TV adlı anti-Azərbaycan şər yuvasının ölkəmizin daxilində müxbir saxlamasına göz yumduğu üçün! Olmaz belə. Azərbaycan qanunları tapdalanır! Ölkəmizdə Meydan TV adlı xarici media qurumu rəsmi şəkildə akkreditasiyadan keçməyibsə, onun müxbirləri necə, hansı qanunla burada sərbəst gəzib dolaşır? Kimdir onların bu qanunsuz əməllərinə şərait yaradan? Ümumiyyətlə, müharibə şəraitində bu antimilli ünsürlər niyə rahat-rahat ölkə içində gəzib dolaşmalı, heç kim də onlara gözün üstdə qaşın var deməməlidir?

Müharibədir! Dövlət bizə qarşı söz demə ehtimalı olan hər kəsin əl-qolunu bağlamalıdır. Bir tərəfdə əsgərimiz can qoyur, qanını axıdıb Vətən torpaqlarını uzun müddətli işğaldan azad edir, bu tərəfdə də bu antimilli ünsürlər açıq şəkildə düşmənə dəstək ifadə edir! Dözməliyikmi bu duruma? Əsla! Şəxsən mən dözə bilmirəm və dövlətimdən müharibə qanunlarına əməl edilməsini tələb edirəm!

Heç kim belə bir durumda Azərbaycana qarşı nəinki söz deyə, nəyəsə eyham belə vura bilməz! Vurursa, deyirsə, düşmən səfində yer almışdır demək! Belələrini də nə etməli? Müharibə qanunlarına uyğun cəzalandırmalı!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR