• USD 1,7000 0,00% EUR 1,8766 -0,24%
    • GBP 2,1213 -0,07% RUB 0,0264 0,00%

Əli Kərimli radikal dinçi qılığında

  • Köşə
  • 29 Mart 2018 16:09
  • 638 Baxış
Əli Kərimli radikal dinçi qılığında

Azər Həsrət

Əvvəl artilleriya hazırlığına girişmişdilər. Söyüş çetesini qızışdırırdılar ki, ortalıq qarışsın. Bəzi sadəlövhlər də bunların bu tələsinə düşüb söyüşçülərə qoşuldular. Ortalıq bir balaca qarışmaq istəyirdi ki, gerçəklər üzə çıxdı, bəlli oldu ki, məqsəd bir qədər uzaq məsafəyə hesablanıb: geniş kütlələri də bu prosesə qoşub əməlli-başlı vətəndaş qarşıdurması yaratmaq.

Belə bir taktika arzu edilən nəticəni verməyincə, insanların emosiyalarına açıq təsir edəcək gedişlərə başladılar. Bu dəfə də uzun illər öncə Azərbaycanda, yaxud da lap elə son illərdə Azərbaycandan kənarda baş vermiş qanlı-əsəbi hadisələri hazırda baş verirmiş kimi təqdim etməyə girişdilər. Bunların nəzarətində olan sosil media qruplarından gen-bol yararlanaraq insanlara o dəhşətli səhnələri göstərib iddia edirdilər ki, Azərbaycandakı “rejim” qaniçəndir.

Qoçaq jurnalistlərimizin, sayıq ictimai fəalların hesabına bu əməlləri də faş edildi və arzuları gözlərində qaldı.

Əllərinin hər yerdən üzüldüyünü görəndə radikal dinçi ünsürlərə əl uzatdılar. Beləcə “milli şura” adlı amorf təşkilatlanmayla məlum dinçi radikal, öz antiAzərbaycan fəaliyyətilə dövlətə qənim kəsilmiş Taleh Bağırzadənin adda-budda gözə dəyən tərəfdarları işlərini koordinə etmək qərarına gəldi.

Özü də bu koordinasiya qərarını İran prezidentinin Azərbaycana səfəri öncəsi elan etdilər. Bu yolla da İrana bu və ya digər şəkildə sıcaq münasibət bəsləyən şiə qardaşlarımızın rəğbətini qazanmağı hədəflədilər.

Belə bir koordinasiyaya ehtiyac duyub onu rəsmiləşdirən təşkilat – Əli Kərimlinin payızda yarpağı sovrulmuş ağac kimi lüt qalmış AXCP – Milli Şurası oldu. O AXCP ki, bir zamanlar milliyyətçi demokrat Əbülfəz Elçibəyin əsəri olaraq ortaya çıxmış, sırf milli xətt üzərində bərqərar olmuşdu. Di gəl ki, bu təşkilatın bugünkü rəhbəri öz liderinin cızdığı strateji xətdən saparaq hətta İran uzantılarıyla işbirliyini rəsmiləşdirir…

Bir daha bəlli olur ki, bunlar üçün ideologiya, prinsip, strateji hədəfin müqəddəsliyi deyə bir şey yoxdur. Bunların əsl məqsədi şəxsi mənafelərini təmin etmək üçün hətta İrana bağlı radikallarla, yaxud da eyni zamanda antiislam mərkəzlərlə işbirliyinə gedib vətəndaşları ayaqlandırmaq, öz istəklərinə çatmaqdır.

Bunlar artıq açıq şəkildə milli dəyərlərə də arxa çevirirlər. Məlumdur ki, martın 31-i üçün etiraz mitinqi elan ediblər. Radikal dinçiləri də özlərinə qoşub məhz həmin gündə meydana çıxacaqlar. Bəzi oxucularımız düşünə bilər ki, məhz həmin günü təsadüfi seçməyiblər. Yəqin istəyirlər ki, 100 il öncə ermənilərin xalqımızın başına gətirdiyi oyunlara – soyqırıma etiraz etsinlər. Elədirmi? Təbii ki, elə deyil. Onlar soyqırımçı ermənilərə deyil, Azərbaycandakı “rejimə” etiraz edəcəklərmiş…

Niyə, nəyə görə? Ölkədə prezident seçkisi kampaniyası gedir. Namizədlərin heç biri heç nədən narazı deyil. Pulsuz efir, seçicilərlə sərbəst görüşlər, sosial media üzərindən təbliğat – hər şey təmin edilib və bu günə qədər heç bir şikayət yoxdur. Elə isə nəyə etiraz edilir? Hakimiyyətə? Prezidentə? Axı prezidentin görəvi zatən bitmiş kimidir və qarşıda 11 aprel seçkisi var. Yəni istefa tələbinin belə məntiqi əsası yoxdur.

Bunların bu gedişləri hər hansı normal məntiqdən bəsbəlli uzaqdır. Amma yenə də inadkarlıqla öz iddialarını yürütməyə çalışırlar. Hətta bir müddət öncə elan edib hakimiyyətin təmin etdiyi rahatlıqla keçirdikləri mitinqdə arzu etdikləri kütləviliyi təmin edə bilməmələri də bunlar üçün dərs olmayıb…

Neynək? Elədirsə, elədir. Bunlar illər uzunu eyni palçığa bata-bata gedirlər. Biz mümkün olduqca onları palçıqdan çıxarmağa çalışırıq, amma dinləmirlər. Qarışmırıq daha. Özləri bilərlər.

Özləri bir də onu yaxşıca bilsinlər ki, bu yolla Azərbaycanda sabitliyi pozub ortalığı qarışdıra da bilməyəcəklər. Azərbaycan xalqı bu dinçi-sorosçu çetenin mahiyyətini zatən bildiyindən onların arxasınca heç gedən deyil…

Sözardı: Əli Kərimlinin bir müddət sonra saqqal uzadıb dinçi radikal kimi təzahür edəcəyi gün də uzaqda deyil. Hər necə olsa da milliyyətçi demokrat Əbülfəz Elçibəyin mirasının “varisi” başqa imkanlar tükəndikcə son illər açıq şəkildə nicatı o istiqamətdə axtarır…

Xəbər lenti

DAHA ÇOX XƏBƏR