Köşə
Səməd Seyidov niyə hədəfə alınır?
Azər HƏSRƏT
Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə
heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda
əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu
məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı
oldum.
Oxuduğum ilk xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya
Bundestaqının üzvü Frank Şveyb öz Facebook səhifəsində yayıb.
Aradım, bəlli oldu ki, Bundestaqda Şveyb soyadlı deputat
ümumiyyətlə yoxdur. Var Frank Şvabe (Frank Schwabe) və onun
Facebook səhifəsində də bu haqda bir kəlmə belə yazılmayıb. Özü də
o səhifə yetərincə fəaldır, adam gündəlik paylaşımlar edir və son
10 gündə belə bir paylaşımı olmayıb.
Daha bir xəbərdə isə iddia edildi ki, Ukraynalı deputat Volodimir
Ariyev belə bir xəbər paylaşıb. Yenə də Facebook üzərindən. Onu da
aradım, tapdım. Deputatın Volodymyr Ariev adlı hesabında doğrudan
da belə bir paylaşım var. Amma orada da Səməd Seyidovdan söhbət
getmir. Sadəcə Pedro Agramunt və Cordi Xucla haqqında danışılır.
Yəni Səməd Seyidovun adına heç işarə belə edilmir.
Durum beləykən kimdir Azərbaycan nümayəndə heyətinin rəhbərinin
adını təkidlə bu xəbərlərə pərçimləmək istəyən? Ümumiyyətlə, məqsəd
nədir? Niyə Səməd Seyidov məhz indiki qarışıq məqamda hədəfə
alınır? Olmaya onun AŞPA-nın son toplantılarında özəlliklə də
Ermənistanla bağlı çıxışları içimizdəki ermənilərə sərt zərbə
olub?
Düşünməyə dəyər, məncə. Bu qısa yazımdan məqsəd Səməd Seyidovu
müdafiə etmək deyil. Sadəcə informasiya kirliliyinə reaksiya
vermək, cəmiyyəti çaşdırmaq istəyənlərə heç də hamının sadəlövh
olmadığını bildirmək istədim…
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi


































.jpg)
