Köşə
İranı bu qız parçalayacaq
Amerikada ona görə çevriliş olmur ki, Vaşinqtonda ABŞ səfirliyi yoxdur.
Bu sözləri ABŞ-ın İraqdakı keçmiş səfiri Con Neqroponte demişdi.
Maraqlıdır, deyilmi? Bunu özünüifşa kimi də anlamaq olardı, amma
biz o qədər sadəlövh yanaşmayaq məsələyə. Dünyanı idarə etməyi
qarşısına məqsəd qoyan bir dövlətin belə səhv buraxacaq siyasətçisi
ola bilməz, təbii ki, bu olsa-olsa, meydan oxumağın ən yumşaq
formasıdır.
Elə yaxın keçmişə nəzər salsaq görəcəyik ki, demək olar, bütün
çevriliş yaşanmış ölkələrdə ABŞ səfirliyi var. Olsun ki, başqa
səfirliklər də var, fərq etməz, əsas o ki, hər daşın altında
Amerika səfirliklərinin ayaq izləri mövcud.
Əslində, “Macəralarla dolu Amerika” mahnısını oxumaq fikrim yoxdur. İran İslam Respublikasına gətirəcəkdim sözümü. Hə, İran, cənub qonşumuz. Ölkənin üzərinə elə bir çətir tutublar ki, heç Allahın bir damla yağışı da düşə bilmir yerə, qaldı ki hansısa sanksiyalar fayda verə. Elə təzəlikcə İsraillə bir az sözləri çəp gəlmişdi, bu çəpliyi də raket zərbələriylə düzəltdilər. Okeanın o tayından da ha illah edirlər bir səfirlik açalar, alınmır. “Ərəb baharı” dalğası da çata bilmədi İran sahillərinə. İndi lap avara qalıblar, yəqin ki, yeni planlar üzərində işlər gedir. Nə etsinlər axı, içəridə adamları yox Türkiyədəki kimi “Gəzi parkı” etirazları yaradalar, sosial şəbəkələrdən istifadə məhdudiyyəti də imkan vermir ki, milləti qızışdırıb töksünlər küçələrə.
Amma deyəsən, İran hakimiyyətinin axırına bir qızcığaz çıxacaq. Əfqan əsilli qız bir müddət İranda mühacir həyatı yaşayıb, indisə Kanadada məskunlaşıb. İnstaqram hesabını “Nedayasee” adıyla istifadə edir və artıq bir milyona yaxın izləyicisi var. Özü də bütün paylaşımları farsca yazır. Demək olar, müraciətlərinin hamısı İrandakı izləyicilərinə ünvanlanıb. Video-çarxlarında yarıçılpaq dəlilikləri, lağlağı danışıq üslubu, İrandakı mövcud sistemlə kobudca məzələnməsi milyona yaxın insanın rəğbətini qazanıb.
İndi kim düşünə bilər ki, bu qız eləcə əyləncə xatirinə hoqqa çıxardır sosial şəbəkədə? Onsuz da mövcud rejimin qadağalarından cana yığılan cənub qonşularımız, güneyli soydaşlarımız bu cür vecsiz həyat yaşaya bilən bir qızın özgürlüyünə heyran qalmaya bilməzlər.
Hər halda, bir milyon izləyici kifayət qədər ciddi göstəricidir. Bu heyranlıq nə ilə nəticələnəcək, bunu gələcək göstərəcək. Əlbəttə, digər sosial şəbəkələrdən sonra İnstaqram da qadağan edilməsə.
Nədənsə içimdən bir səs bu sosial şəbəkənin də İranda son günlərini yaşadığını deyir.
Yoxsa “Amerika səfirliyi” ideyası daha arzuolunan olacaq...
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!






.jpg)





















.jpg)







