Köşə
Dünyanı insanlardan xilas etmək üçün plan...
Vəli Hüseyn
Göy üzündə istədiyi kimi uçmaq özgürlüyünə sahib quşlar sözün əsl mənasında yaşayırlar. Amma nəfəsini bir balıqçının qarmağına təslim edən balıqlar necə, yaşaya bilərlərmi?
Bəlkə də dənizlərdən, okeanlardan başqa yerlərdə, daha gözəl həyat olduğunu düşünüb can atırlar quruya. Bəlkə də suda yaşamağa məhkum olmalarına üsyan edirlər.
Yaşamaq gözəldir, məsələn, quşlar kimi...
Amma balıq ömrü yaşayırıq nədənsə. Heç nə, heç kim hüzur vermir, nə kasıblıq, nə zənginlik bir şey ifadə edir.
Sanki böyük bir gölməçədir hər yer, suyun içində boğuluruq, havamız çatmır. Qurtulmaq, xilas olmaq istəyirik, qaçırıq hər yerdən, qaçırıq hamıdan. Özümüzdən belə qaçırıq. Amma hara, necə, mümkündürmü insanın özündən qaçması?
Sağalmaz bir xəstəlik kimi ruhumuz virusa yoluxub sanki. Ortada heç nə yoxdur, heç bir səbəb, bəhanə yoxdur ağrımağa, amma ağrıyırıq, əzab çəkirik.
Sağalmaq istəyirik, amma nədən, hansı xəstəlikdən sağalmaq?
Dərin yaralar əmələ gəlib ruhumuzda, amma ortada həm də heç bir şey yoxdur. Ən mənasız səbəblər də, ən adi sözlər də yaralarımızı qanada bilir, ürəyimizin bağrı yarılır sanki.
Bir-bir intihar edirik, ölənlərə “canı qurtuldu” deyirik, üzülmək də olmur, sevincimizi isə gizlədirik. İntihar cəhdi uğursuz olanlara nifrət qusuruq, məzələnirik, az qala, boğazını sıxıb özümüz öldürmək istəyirik. Əslində isə bütün bu nifrətimizin səbəbi yaşaya bilməməkdir və daha bir insanın həyata üsyan etməsinin məğlubiyyətlə nəticələnməsini həzm edə bilmirik.
Görəsən əvvəllər də belə idimi?
Axı, elə yüz il əvvəlin adamları bizlərdən daha pis həyat yaşayıblar, daha böyük, ciddi faciələrə məruz qalıblar. Necə olur ki, ən pis həyat şəraitində belə yaşamağa, həyatda qalmağa can atıb o insanlar?
Nə görüblər yaşamaqda, hansı ali məqsəd, hansi ilahi məqam kəşf ediblər ki, israrla yaşamaq istəyiblər?
Bəlkə heç məsələ onların həyat eşqində deyil, bəlkə elə bütün məsələ, indiki zamanda həyat eşqinin məhvinə hesablanmış siyasi həmlələrdədir?..
Deyilənə görə, dünyanın böyük gücləri, lider dövlətləri, ya da üç-beş nəfər üstün ağıl sahibi birləşib, dünyanın gələcəyi haqqında qərar qəbul ediblər. Bu razılaşmaya görə, insan sayının kəskin surətdə artması Yer planetinin gələcəyinə ciddi təhlükə yaratmaqdadır. Və əldə olan bütün imkanlarla insan artımının qarşısını almağa çalışırlar.
İlk növbədə cahil və vəhşi adamların çoxluq təşkil etdiyi ölkələr, xalqlar məhv edilməlidir. Bunu istər müharibələr, istər terror aktları vasitəsiylə həyata keçirmək razılaşmanın bir hissəsidir. Bu razılaşmaya təbii ölümlərin sürətlənməsinə yol açacaq tibbi nailiyyətlərdən tutmuş, artıq müharibələrdə ölənlərin sayını dəfələrlə üstələmiş avtomobil qəzaları da daxildir.
Hələ geni dəyişdirilmiş qida məhsullarını da siyahıya əlavə etsək, “hədəflər”ə dəyəcək zərbənin miqyasını təsəvvür belə etmək çətinləşir.
Bir də mənşəyini, mənbəyini bilmədiyimiz psixoloji, mənəvi sarsıntılara ruhsal çöküşə səbəb olan nələrsə edilməkdədir. Yoxsa bu qədər insan niyə ortada ciddi bir səbəb yoxkən intihar arzusuyla alışıb yansın?
Elə adicə enerji içkilərinin istehsalından sonra bu ruhsal sarsıntıların kəskin surətdə artmasını müşahidə edib, bu qənaətə gəlmək olar ki, sözdə enerji, həyat eşqi verməli olan bu içkilər yaşamaqla vəzifələnmiş bütün hüceyrələrimizin həyat prinsipini əməllicə dəyişdirməkdədir.
Kimdir bu adamlar, niyə bu fikrə düşüblər ki, yaşadığımız indiki zaman kəsiyi deyil də, bu planeti, məhz, heç birimizin sağ qalmayacağı gələcək əsrlərə, nəsillərə daha gözəl, daha komfortlu şəkildə hədiyyə etməliyik.
Bəlkə ölümsüzlük iksiri tapıblar, xəbərimiz yoxdur, hansı məntiq, hələ var olmamış, dünyaya gəlməmiş insanların rahat yaşaya bilməsi üçün bugünü insanlığı məhv etməyə çalışır?
Niyə öldürülməliyik, niyə yaşamamalıyıq?
Balıqlar kimi qarmağa can ataraq yox, müharibəsiz, sülh içində, sevgiylə yaşamaq, məsələn, quşlar kimi...
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?