Köşə
Səs yazısında diqqət çəkən detal
“Qəzəb bütün pisliklərin açarıdır”.
Yazıya peyğəmbərimizin hədisilə başlamağım təsadüfi deyil, çünki bəhs edəcəyim mövzu dini çalarlar qatılmış bir məsələdir.
Məlum olduğu kimi, Gəncə şəhərinin icra başçısı silahlı hücuma məruz qalıb. Cinayəti törədən Yunis Səfərovun həyat yoldaşı olduğunu iddia edən qadın bildirib ki, o, icra başçısını İmam Hüseyni təhqir etdiyinə görə güllələyib.
Əvvəla, Yunis Səfərovun ali təhsilli olduğu, illərdir Rusiyada yaşadığı qeyd edilir. Təsəvvür edin: ali təhsilli şəxs 1400 il əvvəl yaşayan İmam Hüseyni qorumaq üçün silaha əl atır. Çox gülünc iddiadır.
İkincisi, bu səs yazısı xeyli uzundur və xanımın səsindən hiss etmək olur ki, sanki nitqini kağızdan oxuyur. Adam belə bir çıxışı səsləndirərkən heçmi həyəcanlanmaz, ömür-gün yoldaşına görə heçmi narahatlıq keçirməz? Özünün ərsiz, uşaqlarının atasız qalacağı onun səsində zərrəcə titrəyiş yaratmazmı?
İki ehtimal var: ya bu səs yazısı saxtadır, ya da xanımın özü də qisasçılıq əqidəsinin daşıyıcısıdır. Hər iki ehtimalda da mahiyyət olaraq bu hadisəyə dini məna yüklənir.
İlk gün hadisənin ailə-məişət zəminində törədilməsi ilə bağlı xəbərlər tirajlandı. Sonra səs yazısı yayılan qadın Yunisin hadisəni planlaşdırdığını və bu “qəhrəmanlığ”ı sırf İmam Hüseynin xatirinə, qisas almaq məqsədiylə törətdiyini dedi. Açığı, daha əvvəl yayılmış iddia – cinayətin “ar-namus” üstündə olması fikri daha cəlbedici, daha maraqlı idi.
İnsanların dini azadlığının olduğu tolerant bir ölkənin vəzifəli şəxsinə, dövlət nümayəndəsinə İmam Hüseyn adına silah doğrultmaq hansı əxlaqa sığır? Bu nə İŞİD təfəkkürüdür? Xanımın bu açıqlaması ölkədə dini radikalizmi qızışdıra, insanlar arasında ədavət və xaos yarada bilər. Hələ bu sui-qəsdə haqq qazandırıb cinayətkarı “milli qəhrəman” adlandıranlar da var. Axı necə Allahverdi Bağırov, Əliyar Əliyev, Əlif Hacıyev, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın daşıdığı bu şərəfli adı bir qatilə şamil edə bilirlər?!
Səs yazısında bu qisası daha da alovlandıran səbəblər arasında icra hakiminin aşura günü şərab festivalı keçirdiyi də qeyd edilir. Adama deyərlər, festival keçirib, lap yaxşı edib. Bu ölkədə sənin aşura günü keçirməyinə qadağa qoyan yoxdursa, sən nə haqla kiminsə festivalına atəş açırsan?!
Bu silahlı hücum, ilk növbədə, İmam Hüseynin mənəvi-ruhani varlığına qarşı hörmətsizlikdir. Sizə “Qəzəb bütün pisliklərin açarıdır” deyən bir dini bu cür qisasçılıq adıyla ləkələmək, tolerant bir ölkədəki əmin-amanlığa təcavüz etməyə çalışmaq cahillikdir.
Ara qarışdırmağa fürsət gözləyən, oxuduqlarını anlamayan, anladıqlarını götür-qoy edə bilməyən beyinlərə “qoruduqları” İmam Hüseynin atası Həzrət Əlinin münasibəti daha sərtdir: “Kitab yüklü eşşəklər...”
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin121 Dekabr 20:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR