Köşə
Kişilər niyə ana ola bilmir, görəsən?
Aytən Məftun
Bərəlmiş gözlərinə hiyləgərlik eleksirindən səpərək baxışlarını xanım aparıcıya zilləyib “Onda qadınlar niyə əsgər getmir?” deyən, əziz Sərdar Cəlaloğlu ritorikatınız həddən artıq rəxitdir. Verdiyiniz sualın bəşəriyyətin sonsuz gələcəyi kimi inkarolunmaz həqiqətdən də uca olduğuna bizi də inandırmaq üçün gərək ki, yadplanetlilərin də tanrılarından enerji dilənəydiniz. Bəlkə onların gözəgörünməz gücü qaşlarınızı bir az da yuxarı qaldırar, gözlərinizi bir az da yana qıyar və bizi qadının ikinci, lazım olsa lap üçüncü dərəcli olmasına inandıra bilərdi. Bəlkə onda biz də biryolluq ətəyimizdən bu daşı atar, ikinciliyi qəbul edər və yekdilliklə razı olardıq ki, bir də bu dünyaya uşaq gətirməyək. Madam ki, faydasızıq, qoy sizin verdiyiniz sualda fontan vuran “evrikazınız” qalib gəlsin, qoy onda azərbaycan qadının qarşısıalınmaz analıq instinktləri itib məhv olsun. Məhv olsun ki, nə siz gedib cəbhədə öləsiniz, nə də oğullarını anaların əlindən alıb onu savaşa yollayan ataları olsun...
Bilirsiniz qadınlar (bir neçə ölkənin istisnası qaydanı pozur?) niyə hərbi xidmətə getmir? Çünki savaşın oyun və qaydaları qadınların duyğuları ilə tərs mütənasibdir. Onun bütün açar və parolları sizdədir! Mümkünsə, icadlarınıza və onun nəticələrinə yiyə durun. Sualın ayağı-qolu olmasa da, cavabımız səhih və dəqiqdir. Qanun qarşısında kişilərlə bərabərhüquqlu olan heç bir qadın müharibə istəmir. Müharibə qadın simalı deyil. Övladını ondan oğurlayan həyatın ölüm adlı təbii qanunauyğunluğunu bağışlamayan anadan bundan artıq mərhəmət və cəsarət ummayın. Vətən naminə nə qədər oğul desəniz böyüdərik, lap silahını Tanrı elan etsəniz, önündə milyon dəfə səcdəyə gedərik... Amma biz hələ dünyanın balamızı əlimizdən alan heç bir savaş və onun şərtlərini bağışlayacaq qədər müqəddəs deyilik. Bəli, qadın azadlığı əxlıqsızlıqla ölçülməyəcək qədər, müharibə arzulamayacaq qədər təmizdir... Sizin milli dəyərləriniz bizi əsgərlikdən qorumur ki... Axı bəşəriyyət qadına ondan daha uca dəyərlər bəxş edib. Analıq və mərhəmət...
Yeri gəlmişkən, Sərdar bəy, kişilər niyə ana ola bilmir, görəsən?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

