Sağlamlıq
Virusoloq: “Meymunçiçəyinə qarşı peyvənd effektiv olsa da, təhlükəlidir”
Təbii çiçək xəstəliyinə qarşı peyvənd istənilən varianta, o cümlədən, pandemiya elan edilmiş meymunçiçəyinə qarşı təsirlidir.
Publika.az xəbər verir ki, bu barədə virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov "Lenta.ru" ya müsahibəsində danışıb. Eyni zamanda, o, hazırkı peyvəndin orqanizmin mənfi reaksiyalarına görə təhlükəli ola biləcəyini bildirib. Həkimin sözlərinə görə, təcili tapşırıq olarsa, təhlükəsiz peyvəndin hazırlanması çox vaxt aparmayacaq.
“Təbii çiçəyə qarşı indi mövcud olan peyvənd effektiv olsa da, ən qədim nəsil vaksinlərə aiddir və təhlükəlidir, çünki özlüyündə fəsadları kifayət qədər böyükdür. Ötən əsrin 60-cı illərindən sonra hardasa buna çox əhəmiyyət vermirdilər, amma bəzi fəsadların bir faizi var idi. İndi müasir standartlarla müqayisədə bu, bir faiz çox təhlükəlidir və buna görə də daha yeni nəsil vaksinlər hazırlanır”, - mütəxəssis bildirib.
Virusoloq Çumakov səpgiləri meymun xəstəliyinin xarakterik əlaməti adlandırıb. Xəstəliyin ilkin təzahürləri bir çox digər viral xəstəliklər kimi olduqca qeyri-səciyyəvidir, amma səpgi ilə xarakterizə olunur.
“Dəridə səpgilər görünəndə onları başqa bir şeylə qarışdırmaq çətindir. Eyni koronavirus üçün bu, tipik deyil. Əlbəttə ki, dəridə kiçik bir səpgi ola bilər, ancaq yenə də meymunçiçəyindən fərqlidir”.
Çumakov əlavə edib ki, meymunçiçəyinə yoluxma əsasən yaxın təmasda baş verir.
Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru Aleksandr Qinzburq da meymun xəstəliyinə qarşı peyvəndin yaradılmasının zəruri olduğunu bildirib. O əlavə edib ki, bu gün yalnız Afrika qitəsində mövcud olan virusun dünyaya necə yayılmağa başladığı məlum deyil.
Xatırladaq ki, iyunun 22-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun xəstəliyini pandemiya elan etdi və virusun keçdiyi yerdə mənfi təsirləri azaltmaq üçün təcili tədbirlər görülməli olduğunu vurğuladı. ÜST əlavə edib ki, meymunçiçəyi hazırda 58 ölkədə, ümumilikdə 3,417-dən çox infeksiya ilə müəyyən edilib.
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı


















.jpg)


















