Magazin1
Nazənindən Təranəyə: ”Ərimə yazdığın intim mesajları...” - MÜSAHİBƏ
Müğənni Nazəninin Təranə Qumralla məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarına əsasən, qarşı tərəf Nazəninə 10 min manat təzminat ödəməli və üzr istəməlidir.
Müğənni Nazənin bu barədə Publika.az-a eksklüziv müsahibə verib.
- Məhkəməni uddunuz, təəssüratlarınızı bilmək maraqlı olardı.
- Mən indiyə qədər susurdum, çünki məhkəmənin qərarını gözləyirdim. Artıq haqq öz yerini tapdı. Qanunlarımız işləyir və heç bir tapşırıq, xahiş işə yaramır. Mən bilirdim ki, Təranə Qumral ərimə intim mesajlar yazıb, onu sübuta yetirdim. Artıq rahatam. O qadın mənə 10 min manat təzminat ödəyib üzr istəməlidir.
- Həyat yoldaşınızın doğrudan onunla yaxınlığı olubmuş?
- Bəli, bu bir səhv idi və həyat yoladşım da etiraf etmişdi.
- Buna görə ərinizlə aranızda problem yaşandı?
- Əvvəl-əvvəl narazılıqlar oldu. Amma mən gördüm ki, həyat yoldaşım mənə bu məsələdə dəstəkdir, arxamda dayanır, bağışladım. Hətta yoldaşım buna görə məhkəməyə gedib, ona yazılan intim mesajları ortaya qoydu. Buna görə də yoldaşıma minnətdaram.
- Məhkəmə niyə qapalı keçirildi?
- Ona görə ki, söhbət intim mesajlardan gedirdi. Məhkəmə buna görə qapalı keçdi. Onu da deyim ki, Təranə Qumralın iki vəkili vardı. Vəkillərdən biri başa düşdü ki, bu böhtan deyil, həqiqətdir, sübut olunacaq, geri çəkildi.
- Bəlkə, Təranə Qumral təzminatı ödəmədi, Apellyasiya Məhkəməsinə müraciət etdi, onda neyləyəcəksiniz?
- Hara verir versin, lap Avropa məhkəməsinə, heç kimdən qorxum yoxdur. Əslində, o pula ehtiyacım yoxdur, amma mənim məqsədim həqiqəti üzə çıxarmaq idi. Çıxardım da. Elə eləməsin ki, bu intim mesajları üzə çıxarım.
Buna görə vəkilim Adəm Məmmədova minnətdaram, peşəkarlığını ortaya qoydu.
Asya
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






.jpg)

.jpg)




.webp)









.jpg)












