ATV-nin aparıcısı: “Birinci evlilikdə yanıldım, ikinci dəfə...” – FOTOSESSİYA/MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

ATV-nin aparıcısı: “Birinci evlilikdə yanıldım, ikinci dəfə...” – FOTOSESSİYA/MÜSAHİBƏ

Çox romantikdir. Dediyinə görə, əvvəllər daha "beşmərtəbə" xəyallar qurub, içində xumarlanmağı çox sevərmiş. Amma yaş üstünə yaş gəldikcə, romantikası azalmağa başlayıb. Dediyinə görə, indi hislərinin deyil, ağlının qulu olmağa çalışır. Amma buna hələ də istədiyi dərəcədə nail ola bilmir. "Romantika həyatın dadı-duzudur", - deyən müsahibim şəxsi həyatından da danışdı.

ATV-nin cazibədar aparıcısı Günay Firudinqızının Publika.az-a müsahibəsini təqdim edirik.

- Günay, müsahibə üçün məkan müəyyənləşdirəndə dənizi seçdin. Deyəsən, dənizə çox vurğunsan? Çünki haçan soruşuram, səs-sorağın dənizdən gəlir.

- Hə, dənizi çox sevirəm. Elə sosial şəbəkədə də ən çox dənizdə çəkdirdiyim fotoları paylaşıram. Keçən dəfə sosial şəbəkədə olan dostlarımdan biri mənə sual verdi ki, dənizi niyə bu qədər çox sevirsən? Sözün düzü, mən dənizdə rahatlanıram, içimdə bir hüzur olur. Gedirəm, dalğaları seyr edirəm, bəzən kitab oxuyuram.

- Belə başa düşdüm ki, çox romantiksən?

- Əvvəllər daha çox romantik idim, son vaxtlar isə çalışıram realist olum.

- Niyə?

- Romantika bəzən insanın yaşamına mane olur. Bir də ki hər yaşın öz romantikası var. Əvvəllər romantikaya qapılırdım, xəyallar qururdum, amma sonradan dəyişməyə çalışdım. Romantika həyatın, yaşamın dadı-duzudur, olmalıdır, amma yerində.

- Amma, deyəsən, hələ də romantikliyin tam keçməyib?

- Bəlkə də…

- Həyatda səni sındırmaq asandır?

- Əvvəllər həyatımda çox sıxıntılarım olub, amma bu sıxıntılar, çətinliklər məni möhkəmləndirib. Düşünürəm ki, bu çətinliklərdən keçməsəydim, bəlkə də, indi belə güclü ola bilməzdim. Şükür Allaha, işimdə bir stabililk, içimdə bir sakitlik var.

- Ətrafında səni ən çox nə qıcıqlandırır, nə məyus edir?

- Əvvəllər bir qadınla rəfiqəlik edirdim, sonradan mənə bir nəfər məsləhət gördü ki, rəfiqəmi dəyişim. Hətta belə dedi ki, indi də keç başqasına. Hansı ki, o insanın çox güclü ətrafı vardı. Mən belə anladım ki, insanlar daha çox gücü, ətrafı, varı-dövləti olan adamlarla dostluq etməyə can atırlar. Bu şeylər məni qıcıqlandırır, məyus edir. Sözsüz ki, heç kim heç kimin cibini doldurmur. Amma insanlara elə gəlir ki, varlı, güclü adamlarla dostluq edəndə ona da bir xeyri dəyir. İnsanlar arasında səmimiyyətin azalması məni çox kədərləndirir. Dəhşətə bax ki, dostluq da hansısa məqsədə xidmət edir.

- Qəşəng geyinmisən. Maraqlıdır, geyim həyatında nə dərəcədə rol oynayır? Qarderoba çoxmu pul xərcləyirsən?

- Sözün açığı, o qədər də önəm daşımır. Geyimə sadəcə bir tələbat kimi baxıram. Hətta son vaxtlar heç geyim də almıram. Bu dəfə də sizə görə qarderobumu təzələdim. Deyəndə ki, fotosessiya edəcəksiniz, gedib bir neçə təzə libas aldım. Mənə elə gəlir ki, insan gərgin olanda, stress atmaq üçün daha çox paltar alır. Bir vaxtlar mən də beləydim. İndi içimdə bir xoşbəxtlik var deyə, geyim mənim üçün o qədər də önəm daşımır.

- Maşallah, tez-tez içindəki xoşbəxtlikdən danışırsan. Adətən, qadın sevəndə xoşbəxt olur. Olmaya, Günay aşiq olub, xəbərimiz yoxdur?

- Bu günlərdə bir nəfər mənə yazmışdı ki, sən o qədər gözəl gülsən ki, səni uzaqdan qoxlayırlar. Amma bir gün solub gedəcəksən. Çox xoşuma gəlmişdi bu sözlər. Sözün düzü, birinci seçimdə yanıldım, ikinci dəfə yanılmaq istəmirəm.

- O sözləri sənə yazan kim idi?

- Məni sevən birisi.

- Dostunun sözünə qüvvət, sonra çox gec olmaz ki?

- Bəlkə də… Amma əvvəllər olduğu kimi hisslərə qapılmıram, ağlımın diktəsi ilə yaşayıram. Bu dəfə seçimimi məhz ağlımın diktəsi ilə edəcəyəm.

- İndi ağlın nə deyir sənə?

- Ağlım deyir ki, mütləq ürəyincə olan insan qarşına çıxacaq.

- Yəni, oturub o ağ atlı oğlanı gözləyirsən?

- Ağ olmasa da, atın üstündə olan oğlanı gözləyirəm.

- O şahzadəni, bəlkə, təsvir edəsən?

- Mütləq ailənin məsuliyyətini dərk etməlidir. Düşüncəsi düşüncəmə uyğun olmalıdır. Mənim bir ovladım var, övladıma qarşı sayğılı davranmalıdır. Onu sevməli, övladı kimi dəyər verməlidir. Bu gün "səni bəyəndim", sabah "xoşuma gəlmədin", - deyə bir şey olmamalıdır.

- Bəs xarici görünüşü?

- Önəmli deyil. Mən qudurmuşam e, ətrafımda məni sevən o qədər gözəl insanlar var ki… Qoy, sənə bir misal çəkim. Bir qıza evlilik təklif edən çoxlu oğlanlar olur. Amma qız heç birini bəyənmir. Onu sevən oğlanlardan biri çıxıb xaricə gedir. Qayıdanda maraqlanır ki, görsün, həmin qız kimə ərə gedib? Baxıb görür ki, çox çirkin bir əri var. O da dayana bilməyib getdiyi adamın çirkinliyini qızın üzünə vurur. "Heç kimi bəyənmirdin. Getdiyin oğlana bax". Qız da deyir ki, həmişə belə olur, sonlayanda ən çirkin adama ərə getməli olursan. Mən də hələ ki, ehtiyat edirəm.

- Niyə?

- Nə bilim, biri fikirləşir ki, tanınmış telekanalın əməkdaşıdır, şöhrət naminə mənə evlənmək təklifi edir. O biri başqa fikirlə. Mən də ölçüb-biçməliyəm. Çünki tək özümü düşünmürəm, ailəm, uşağım var. İstəmirəm elə bir hərəkət edim ki, onların adına söz gəlsin.

- Deyəsən, sən də cəmiyyət üçün yaşayanlardansan?

- Neyləyim, buna məcburam. Əgər tək özüm olsaydım, bəlkə də, həyatımı başqa cür yaşayardım.

- Yəqin ki, ürəyincə olan insana rast gələcəksən. De görək, yeni mövsümdə hansı verilişlə tamaşaçılarını sevindirəcəksən?

- Artıq ideya var, amma hələ ki, bu barədə danışmaq istəmirəm. Sürpriz olsun.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm