Magazin1
Alim Qasımova “qızıl səsi olan insan” dedilər
Malayziyada ingilis dilində nəşr olunan nüfuzlu “New Strait Times” qəzeti Azərbaycanın dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımov haqqında “Qızıl səsi olan insan” başlıqlı geniş məqalə dərc edib.
Publika.az xəbər verir ki, məqalədə tanınmış
muğam ifaçısının Malayziyada ilk konsertinin keçiriləcəyi xəbər
verilib və onun tamaşaçıları öz səsi ilə ovsunlayacağı
vurğulanıb.
Yazıda Alim Qasımovun “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində çıxışı xatırladılıb. Sənətkarın “uçan xalça”da Olimpiya stadionundakı sakit izdiham üzərindən səhnəyə gəlməsi və ifası ilə tamaşaçıları valeh etdiyi qeyd olunub, xanəndənin möhtəşəm performansından bəhs edilib.
Alim Qasımovun dünyanın dahi müğənnilərindən biri olduğu diqqətə çatdırılaraq, bu il sentyabrın 7-də “Diverse City 2015: Kuala-Lumpur” beynəlxalq incəsənət festivalı çərçivəsində keçiriləcək konserti haqqında söz açılıb.
Məqalədə Alim Qasımovun 1995-ci ildə Fransada keçirilmiş
festivalda tanışlıqdan sonra Jeff Buckley ilə duet oxuduğu, daha
sonra violonçel ustası Yo Yo Ma ilə “İpək Yolu” layihəsində, habelə
iranlı kamança ustası Kayhan Kalhor ilə əməkdaşlıq etdiyi
vurğulanıb. Sənətkarın UNESCO-nun yüksək mükafatına layiq görüldüyü
bildirilib.
Bundan başqa, yazıda Alim Qasımovun həyat və yaradıcılığı, qızı Fərqanə Qasımovanın sənətkarla birgə səhnə performansı, həmçinin fransız etnomusiqişünası Jan Durinqin sənətkar haqqında dedikləri də öz əksini tapıb.
Cəvahir
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək