Magazin1
Elzadan İlhaməyə cavab: "Yaşlı qadındır, nə danışdığını bilmir"
Əməkdar artist Elza Seyidcahanla xalq artisti İlhamə
Quliyeva arasında qalmaqal daha da böyüyüb.
Axşam.az-a açıqlama verən E.Seyidcahan qarşı tərəfin
ittihamlarına son dəfə münasibət bildirdiyini vurğulayıb:
“İlhamə xanım düz deyir, Elza çaşıb. Axı uşaqlar çaşıb, sözün
düzün deyər. Elza hələ də uşaq məsumluğunu saxlayıb. Elza hər zaman
müdrik, uzaqgörən, əməlisaleh, etibarlı, bağışlayan, zəhmətkeş,
vətənpərvər, cəsarətli olub. Kiçiyə ehtiram göstərib, pisi pis,
yaxşını yaxşı görüb. Sonda hər şeyin yaxşı olacağına inanan, həmişə
şükürlə yaşayanam. Dostlarımın çətin və yaxşı günündə yanında
olmuşam. Belə də davam edəcəm. Uşaq məsumluğumu heç bir zaman
itirməmişəm. İlhamə xanımdan fərqli olaraq mən həmişə düz
danışanam.
İlhamə xanım daxili işlər naziri vəzifəsinə təyin olunub, xəbərimiz yoxdur? Bizi "podvala" saldırmaqla hədələyir? Müsahibəsində deyib ki, millət vəkili seçildim, dəlillər yandırıldı. Azərbaycan dünya səviyyəsində demokratik ölkədir. İlhamə xanım yaşlı qadındır, nə danışdığını bilmir. Ona görə də mən daha cavab verməyəcəm. Çox təəssüflənirəm ki, bu məsələdə mənə mane olmağa çalışır. Hələ bir seçki komissiyasının işini də pisləyir. "Saat 3-də millət vəkili seçildim, saat 6-da sənədlər yandırıldı" - nə deməkdir?
İlhamə Quliyeva elə təsəvvür edir ki, biz incəsənət adamları
onun kimi həyat tərzi yaşayırıq. O, öz həyat tərzini başqalarına
şamil etməsin. Ayaq yumaq əskiklik deyil. Mən böyüklərimə hər zaman
xidmət edəcəm. Bu qorxaqlıq yox, böyüklükdür. Onun bu qədər şər
danışan olduğunu bilməzdim. Bundan sonra İlhamə Quliyevanın
dedikləri ilə bağlı məndən müsahibə almasınlar. Başım Siyəzəndə
seçki işlərinə qarışıb".
Qeyd edək ki, İ.Quliyeva açıqlamasında millət vəkili olmaq istəyən E.Seyidcahanın ünvanına təhqiredici sözlər işlətmişdi.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO