Magazin1
Hərbçi xanımımız gözəllik yarışmasında - FOTOLAR
Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi “Mrs. Top of the World-2015” beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.
Bu barədə Oxu.Az-a “Miss & Mister Azerbaijan” gözəllik müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək.
“Mrs. Top of the World-2015” müsabiqəsi “IntRIGA World” fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər - subay, evli, uşağı olan və ya olmayan. Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir.
Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar:
Mrs. Top of the World I Vice Mrs. Top of the World II Vice Mrs. Top of the World III Vice Mrs. Top of the World Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və taca tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür.
Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır. Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO