Magazin1
Yalçın Rzazadənin tələbəsi Türkiyədə klip çəkdirdi - FOTOLAR
Xalq artisti Yalçın Rzazadənin tələbəsi Türkiyədə klip çəkdirib.
Publika.az xəbər verir ki, gənc müğənni Safa Türkiyədə çəkdirdiyi “Nağıl kimi” adlı klipinin təqdimatını edib.
Tanınmış sənət adamlarınnı qatıldığı mərasimdə yeni klip Azərbaycanlı müğənninin qardaş ölkədə ən böyük uğuru kimi qiymətləndirilib.
Fərqli formatda ekranlaşdırılan ekran işini Türkiyədə tanınmış yaradıcı heyət ərsəyə gətirib.
Təqdimat mərasiminə qatılan, eyni zamanda müğənni ilə birgə çalışmağa qərar verən əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vüqar Camalzadə kliplə bağlı bunları deyib: “İlk dəfədir ki gənc azərbaycanlı müğənninin Türkiyədə belə keyfiyyətli klipi çəkilib. Klip çəkilişində Türkiyənin məşhur seriallarının qrimçiləri və operatorları iştirak edib. Qiymət açıqlamırıq, amma çox bahalı büdcəyə malik klipdir. Ekran işində Braziliya, Rusiya, Türkiyə və Kubanın məşhur rəqs qrupları çəkilib.Yaxın günlərdə klip Türkiyənin məşhur telekanallarında nümayiş olunacaq.
Safa yalnız ölkəmizdə deyil, bütün dünyada Azərbaycan musiqisini təmsil etməyi qarşısına məqsəd qoyduğunu dilə gətirib: Məqsədim Azərbaycan musiqisini dünya çapında təbliğ etməkdir. Buna görə də potensialımı yaradıcılığa yönəldəcəyəm, qalmaqallardan uzaq olacağam. Bunu mənə ustadlarım da tövsiyə edib”.
Qeyd edək ki, bir çox beynəlxalq musiqi yarışmalarının iştirakçısı olan Safa Yalçın Rzazadənin ikinci uğurlu tələbələrindəndir. Onun digər yetirməsi Fərid Məmmədov Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib.
Cəvahir
Foto: Rəşad Abbasov
-
Region01:10
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
-
Magazin200:50
Bu, yarıçılpaqlıq və ya "kim daha gözəldir?" yarışı deyil - Türk aktrisalar tənqid edildi
-
Qoroskop00:31
Günün qoroskopu: yaşamınızda yeni mövzu və məqsəd yaranır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI