Aktrisa 40 günlük körpəsini qoyub “Büllur Saray”ı seçdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Aktrisa 40 günlük körpəsini qoyub “Büllur Saray”ı seçdi - FOTOLAR

Sentyabrda ana olan Rus Dram Teatrının aktrisası Həcər Ağayeva həftəsonu bir neçə aylıq fasilədən sonra səhnəyə çıxacaq. Teatrı, işini sevdiyini deyən aktrisanın uzunmüddətli analıq məzuniyyətinə çıxmaq fikri yoxdur.

Teatrdan Publika.az-a verilən məlumata görə, aktrisa 40 günlük körpəsini yaxınlarına əmanət edərək oktyabrın 11-də Rus Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Büllur Sarayda” pyesi əsasında hazırlanan tamaşada baş rolu oynayıb.

Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə həyata keçirilib.

Xatırladaq ki, tamaşanın premyerası 2014-cü ilin mayında baş tutub.

Tamaşa Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm