Magazin1
Ələkbər Tağıyevin oğlu: “Atamın mahnılarından gəlir götürürəm” - QALMAQAL
Bəstəkar Ələkbər Tağıyevin “Sənə qurban” adlı məşhur mahnısının Türkiyənin “Eti” şirkətinin məhsulu olan “Eti cin”in reklamında istifadə olunması Azərbaycanda böyük səs-küyə səbəb olub. Belə ki bəstəkarın Mikayıl Müşfiqin sözlərinə 70-ci illərdə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarovanın ifa etdiyi mahnının Türkiyənin məşhur şirkətinin reklam çarxında istifadəsi oğurluq faktı kimi qələmə verilib.
Məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyinə müraciət etdik.
Qurumdan Publika.az-a bildirilib ki, bu barədə məlumatları yoxdur:
“Əgər belə bir hal baş veribsə, "Müəlliflik Hüququ Haqqında" Qanuna görə, bəstəkarın varisi ərizə ilə bizə müraciət etməlidir. O halda biz Türkiyənin əlaqədar qurumları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirərik. Doğrudan da oğurluq faktı aşkarlanarsa, bəstəkarın varisi həmin şirkəti məhkəməyə verə bilər”.
Varislə - bəstəkarın oğlu Xaliq Tağıyevlə də əlaqə saxladıq.
Publika.az-a açıqlama verən X.Tağıyev atasının mahnısının oğurlanmadığını və Türkiyənin “Eti” şirkətinin məhsulu olan “Eti cin”in reklamında “Sənə qurban” mahnısının istifadəsinə özünün icazə verdiyini deyib:
“Mən bir neçə ildir ki Türkiyənin məşhur “Taksim Edition” şirkəti ilə əməkdaşlıq edirəm. Bizim uzunmüddətli rəsmi müqaviləmiz var. Bu müqaviləyə əsasən, atamın mahnılarını dünyada tanıtmaq hüququnu həmin şirkətə vermişəm. Bu baxımdan həmin mahnı sözügedən türk şirkəti tərəfindən icazə ilə istifadə olunub. Bunun müqabilində şirkət pul ödəyir və həmin qonorardan mənə də pay düşür”.
X.Tağıyev onu da bildirib ki, atasının bəstəsinin reklam çarxında istifadəsi birinci dəfə deyil:
“Türkiyənin nüfuzlu 7-8 şirkəti atamın mahnılarını hazırladıqları reklam çarxlarında istifadə edib. Bunların hamısından da mən xəbərdaram. Şirkət məni məlumatlandırıb. Onu da deyim ki, həmin mahnılardan daxil olan gəlirin bir hissəsi mənə çatır. Konkret rəqəm açıqlamaq istəmirəm, bircə onu deyə bilərəm ki, məbləğdən də çox razıyam”.
Qeyd edək ki, Türkiyədə məşhur olan “Mavi muncuq” mahnısının bəzi mahnı saytlarında Kamran Akkor adlı türk müəllifə aid olduğu göstərilib. Sözügedən müəllifi tanımadığını, bu barədə məlumatsız olduğunu deyən X.Tağıyev mahnının musiqisinin atası Ələkbər Tağıyevə aid olduğunu təsdiqləyib.
Cəvahir Səlimqızı
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir