İlhamə Quliyeva: “Onun anasını ağladacam...” - MƏHKƏMƏ
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva: “Onun anasını ağladacam...” - MƏHKƏMƏ

Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi həbs olundu. Sabah məhkəmə başlayır.

Bununla bağlı primadonna Publika.az-a müsahibə verib.

- İlhamə xanım, keçmiş köməkçinizin həbs olunması xəbəri doğrudur?

- Əlbəttə, doğrudur. Hələ gözləsin, mən onun anasını ağladacam. O bilmirdi ki, xalqın sənətkarının başına oyun açmaq nə deməkdir. Bu gün onu Kürdəxanıya göndərəcəklər. İnşallah, sabah məhkəmə prosesi başlanacaq. Oğlum Orxan və onun dostu Vüqarla üzləşmələr olacaq. Hamısı da videoyazılar əsasında. Mənim əlimdə dəlil-sübutlar var, havadan danışmıram. Mənə deyiblər ki, məhkəmə prosesi iki-üç ay davam edəcək. Amma mən çalışacam ki, bu proses bir aya yekunlaşsın. Çünki o qadının çöldə quldur dəstəsi var. Bu işi də təkbaşına görməyib. Onu qorumaq istəyən quldur dəstəsini də ifşa edəcəm. O dəstə oğluma da xətər yetirmək fikrindədir. Mehriban onlara deyib ki, İlhamənin oğlunu türməyə basdırın, gerisi ilə işiniz yoxdur, orda onu öldürtdürəcəm.

- Bildiyimizə görə, Mehriban Hüseynovanın həyat yoldaşı sizə yalvar-yaxar edib ki, onu bağışlayasınız...

- Gecədən mənə yalvarır, ilan dili çıxarır. Deyir ki, onu çevir balanın başına, bağışla, yazıqdır, bir qələtdir eləyib, başını daşa döyüb. Səs yazısı da məndədir, hamısını yazmışam. O qadın yalnız mənim başıma oyun açmayıb, psixoloq İlham Mirzəyevin, parapsixoloq Sabirin də evindən külli miqdarda pul oğurlayaraq onları tutdurub. Səs yazısı da məndədir, hamısını yazmışam.

- Cavabınız nə oldu, onu bağışlayacaqsınız?

- Sən nə danışırsan, məni öldürmək istəyən adamı bağışlaya bilərəm? Heç vaxt. Onun quldur dəstəsi ayaqlarımın altına milyardlar töksə belə, onu bağışlamaram.

- Mehriban Hüseynova mətbuata belə bir açıqlama vermişdi ki, guya onu evinizə çağırmısınız və oğlunuz Orxanla Vüqar qapını bağlayaraq onu qorxudub. Buna görə də, o, sizə yalvarmağa başlayıb...

- Yalan söhbətdir, şər-böhtandır. Güya oğlumla dostu Vüqar onun namusuna toxunmaq istəyib. Həmin Mehriban Vüqarı qucaqlayıb yalvarırdı ki, bir qələtdir eləmişəm. O qadın çəkmələrimin altını öpürdü, ilan kimi dil çıxarıb bağışlanmasını istəyirdi. Nə qorxutmaq, nə namusuna toxunmaq? Bütün bunlar qarayaxmadır. Ondan qabaq da xəbər yaymışdı ki, güya mən ona bıçaqla xəsarət yetirmişəm. Hansı ki əri hirslənib ona xəsarət yetirmişdi. Məhkəmədə hər şey sübut olunacaq. O qadın qanun qarşısında cavab verəcək və İlhaməni öldürmək cəhdinin cəzasını ödəyəcək. İlhamə öz ölkəsinin parasıdır, canıdır. Mən bu xalqın sənətkarıyam, xalqım mənə dəstəkdir.

- Nə cəza verilməsinin tərəfdarısınız?

- Mən istəyirəm, o qadın15 il həbsdə yatsın, orda çürüsün. Xəbəriniz yox idi, özümdə-sözümdə deyildim. 15 gündür üzüm gülür, nəfəs alıram, huşum gedib-gəlmirdi. Hələ qoy məhkəmə prosesi yekunlaşsın, onda daha da gümrah olacam.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm