Bəhram Osmanov dost olan iki xalq artistini düşmən etdi - QARŞIDURMA
Bizi izləyin

Magazin1

Bəhram Osmanov dost olan iki xalq artistini düşmən etdi - QARŞIDURMA

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovu incik salıblar. Buna səbəb onun arzuladığı rolun başqa həmkarına - xalq artisti Nurəddin Mehdixanlıya verilməsidir. Dediyinə görə, iki dostu rejissor Bəhram Osmanov üz-üzə qoyub.

Giley-güzarını Publika.az-la edən aktyor ürəyini bizə boşaldıb:

“Elə rollar var ki, onları oynamaq istəyirəm. Amma kimdir, mənim istəyimlə hesablaşan? Gərək rejissor o rolu təklif etsin ki, mən də oynayım. Bu yaxınlarda teatrda “Divarın o üzü” adlı tamaşa səhnələşdirildi. Mən dura-dura o rolu “Azdrama”nın aktyoru Nurəddin Mehdixanlıya verdilər. Söz yox ki, gözəl aktyordur və rolu da mükəmməl yaradıb. Amma mən Nurəddin Mehdixanlıdan əskiyəm? O rolu mən də gözəl oynayardım, tamamilə fərqli formada təqdim edərdim. Etiraz etsəydim, Nurəddin inciyəcəkdi. Çünki yaxın dostumdur. Rejissor Bəhram Osmanov bizi üz-üzə qoydu. Ona bir söz demədim, çünki uzaqbaşı deyəcəkdi ki, səni o obrazda görmürəm. Halbuki həmin rol yaşıma da yaraşırdı, təcrübəmə də, sənətimə də. Aktyorun qol-qanadını belə sındırırlar də...”

Əsəbiləşən xalq artisti sakitləşmək bilmədi:

“Çox istərdim ki, rejissorlarımız bizim kimi illərin sənətkarlarına həssaslıqla yanaşsınlar. Teatr öz aktyorunu qoyub rolu başqasına verməsin. Mən başqa teatrlardan aktyorların dəvət olunmasının əleyhinə deyiləm. Əgər teatrda hansısa rolu oynamağa yaraşan, uyğun gələn aktyor yoxdursa, rejissor başqa teatrlardan aktyor dəvət etməlidir. Amma teatrda istedadlı aktyorlar varsa, onlara hörmətlə yanaşmaq lazımdır. Başqasını gətirib buradakıları pis eləmək lazım deyil”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm