Magazin1
Xalq şairinin 80 yaşı Moskvada qeyd olundu
Moskvada Xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd edilib.
Mərkəzi ədiblər evində keçirilən yubiley tədbiri “Ocaq” ictimai
cəmiyyəti tərəfindən təşkil olunub.
Publika.az xəbər verir ki, yubiley tədbirində
çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fikrət
Qocanı dost olaraq əvəzsiz insan, fədakar ziyalı,
fəlsəfi-intellektual təfəkkürə malik, milli və çağdaş ruhlu şair
kimi səciyyələndirib.
Polad Bülbüloğlu şairin yaradıcılıq məhsulları olan məşhur
mahnıların, o cümlədən “Gəl, ey səhər” mahnısının ərsəyə gəlməsinin
tarixçələrini danışıb. Səfir, həmçinin F.Qocanın Moskvada
yaradıcılıq gecəsinin keçirilməsini diasporun həyatında əlamətdar
hadisə kimi qiymətləndirib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar
yaradıcılığına verilən böyük qiymətə görə minnətdarlığını
bildirdi.
Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə
yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.
Cəvahir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Əkrəm Hüseynzadə VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə8 Oktyabr 20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR