Nisə Qasımovanı küsdürdülər: “Sevdiyini əlindən ala...”
Bizi izləyin

Magazin1

Nisə Qasımovanı küsdürdülər: “Sevdiyini əlindən ala...”

Xalq artisti, tanınmış müğənni Nisə Qasımovanın gözünü elə qorxudublar ki, indi öz mahnılarından da çəkinir.

Publika.az xəbər verir ki, müğənni dostlarından və hətta oxuduğu mahnılardan umu-küsü edib. Ürəyini sosial şəbəkədə boşaldan sevilən sənətkar ad çəkməsə də, sözünü deyib:

“Tanıdıqlarımın bəzilərinin təmənnasız dostluğuna inanıram. Yox, elə düşünməsinlər ki, kimin kim olduğunu özündən yaxşı bilmirəm. Sadəcə, bilməzlikdən gəlirəm. Onlara izn verirəm ki, zamanla təmənnalı dostluğun nə olduğunu və necə ağır olduğunu özləri hiss etsinlər. Bu acını çox gördüm, çox inandım. Bir halda ki, dost səni nəfsinə sata, səni doğru əməlinə görə mühakimə edə, sevdiyini əlindən almağa çalışa, demək ki, bu dünya yalan dünyadır. Bu gün, inanın ki, hətta oxuduğum mahnıların da məndən təmənna ummasından qorxuram. Çox heyif…”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm