20-ci “Qızıl toy” - FOTOLAR
Bizi izləyin

Magazin1

20-ci “Qızıl toy” - FOTOLAR

O.Kazımi və R.Heydərin “Qızıl toy” ikihissəli musiqili komediyası Azərbaycan Dövlət Musiqili Teatrında 20-ci dəfə nümayiş olunacaq.

Publika.az xəbər verir ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 20-ci nümayişi noyabrın 6-da, saat 19.00-da baş tutacaq.

Qeyd edək ki, “Qızıl toy”a rejissoru Yusif Əkbərov quruluş verib. Quruluşçu dirijor əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu baletmeysterlər Yelena və Zakir Ağayevlər, quruluşçu rəssam Vüsal Rəhimov, rejissor assistentləri Tamilla Aslanova və Anar Sadıqovdur. Tamaşada rolları əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Elməddin Dadaşov, Gülnarə Əzizova və Elnur Zeynalov ifa edirlər.

Qeyd edək ki, valideynə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgidən bəhs edən əsərdə qəhrəmanların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır. “Qızıl toy” əsəri ilk dəfə 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. Sonra,1996-cı ildə rejissor Yusif Əkbərov səhnələşdirib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə xanım Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm