Xalq artisti kilsədə konsert verdi
Bizi izləyin

Magazin1

Xalq artisti kilsədə konsert verdi

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda Müqəddəs Ceyms kilsəsində konsert verib.

Publika.az xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilmiş konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib. Tanınmış xanım musiqiçi Yanna Qandelman da skripkada ifa etdiyi musiqi nömrələri ilə gecəyə rəng qatıb.

Konsert, Azərbaycanda bir çox elmi araşdırmaların, “Visions of Azerbaijan” jurnalında ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi, görkəmli tədqiqatçı Fiona Maklaklana həsr edilib.

Gecədə Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Azər Rzayevin və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirilib.

Yerli və xarici musiqisevərlərdə böyük maraq doğuran konserti xeyli sayda tamaşaçı izləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm