Oksana biznes-ledi oldu
Bizi izləyin

Magazin1

Oksana biznes-ledi oldu

Hind rəqslərinin ifaçısı rəqqasə Oksana son dövrlərdə özünü aktrisa kimi sınamağa başlayıb.

Publika.az-a açıqlama verən rəqqasə yeni biznesə başladığını da əlavə edib. Rəqqasə artıq “OksiMedia” adlı prodakşının rəhbəridir.

“Özümü bu sahədə də sınamaq qərarına gəldim. Yeni açacağım prodakşnda filmlər, kliplər, konsertlərin təşkili və bir sıra işlər nəzərdə tutulub. Bu işlərdə mənə icraçı direktor Niyazi Əliyev yardım edəcək. Artıq bu prodakşn adı altında bir film çəkmişik. Rejissoru Samir Kərimoğlunun olduğu film “Şər qarışanda” adlanır”.

Aktrisa yaxın günlərdə media işçiləri ilə görüşüb şirkəti və yenilikləri haqda məlumat verəcəyini əlavə edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm