Magazin1
“Arşın mal alan” Hindistana aparılır
Noyabrın 28-də Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə lentə alınmış “Arşın mal alan” bədii filmi 46-cı Hindistan Beynəlxalq Film Festivalının (GOA) “Dünya klassikası” rənglənmiş retrospektivlər bölümündə nümayiş olunacaq.
Publika.az xəbər verir ki, film festivala
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə
təqdim edilib. Festivalda “Arşın mal alan” filminin 2013-cü ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş
versiyası nümayiş olunacaq.
Festivalın adıçəkilən bölümündə təqdimat məqsədilə “Arşın mal alan”
filmi ilə yanaşı, ABŞ istehsalı olan beş film seçilib. Bu siyahıya
“2001: A space Odyssey” (1968), “Badlands” (1973), “ Casablanca”
(1942), “Rebel without a cause” (1955) və “The Wizard of Oz” (1939)
əfsanəvi filmləri daxildir.
Dünyanın ən nüfuzlu film festivallarından olan Hindistan Beynəlxalq
Film Festivalı noyabrın 20-də start götürüb və 30-dək davam edəcək.
Festivalda 90 ölkədən 289 filmin nümayişi nəzərdə tutulub.
Cəvahir
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO