Magazin1
Nazir gəlini Türkiyədə rəsm qalereyası açdı - FOTOLAR
“Eurovision” mahnı yarışında Azərbaycanı təmsil edən müğənnilərdən biri Səfurə Əlizadə İstanbulda rəsm qalereyası açıb.
Publika.az xəbər verir ki, bu barədə o, “1news.az” saytına eksklüziv açıqlamasında məlumat verib. Onun sözlərinə görə, gənc rəssam sərgisinin adını da öz adı ilə bağlamağa çalışıb. “S” adlı rəsm qalereyasının ideyasını həyat yoldaşı Fərhad Əliyev verib:
“Çəkdiyim əsərləri qoymağa yer tapmırdım. Onda həyat yoldaşım mənə belə bir təklif verdi. Reallaşmasında da ən böyük dəstəkçim o özü oldu”.
Rəsmə marağından danışan müğənni belə deyib:
“Əvvəllər musiqi olmasa, nə ilə məşğul olacağımı soruşurdular. Fikirləşmədən deyirdim ki, rəsm çəkərəm. Çünki uşaqlıqdan rəsmlə maraqlanıram. Ancaq yenidən rəsmə qayıtmağımda həyat yoldaşıma borcluyam. Onun mənə “Niyə yenidən cəhd etməyəsən?” - deməsi mənə təkan oldu. Rəsm üzrə xüsusi məktəb bitirməmişəm. Bu, mənim genlərimdədir. Atam rəssam, anam musiqiçi, bacım isə rəsm üzrə ali təhsil alır”.
Səfurə Əlizadə ilham pərisinin onun ailəsi olduğunu da deyib.
Qeyd edək ki, Səfurə Əliyeva 2010-cu ildə Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edib. O, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyevin gəlinidir. Müğənninin həyat yoldaşı Fərhad Əliyev iş adamıdır. Cütlük Türkiyədə yaşayır. Onların İsgəndər adlı bir övladı var.
İsa Şükürov
-
Hadisə22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin121:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin121:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT