Xalq artisti: “Ulu öndər mənə zəng elədi və …” – FOTOLAR
Bizi izləyin

Magazin1

Xalq artisti: “Ulu öndər mənə zəng elədi və …” – FOTOLAR

Ulu öndər Heydər Əliyevin iştirak etdiyi bütün verilişlərin rejissoru olan xalq artisti Vasif Babayev anım günündə ümummilli liderlə bağlı xatirələrini Publika.az-la bölüşüb.

“Heydər Əliyev dövlət rəhbəri olmasına baxmayaraq, çox sadə bir insan idi. Bütün sənət adamlarına hörmətlə yanaşırdı. Yadımdadır, bir dəfə Respublika Sarayında tədbir olacaqdı. Televiziyanın rəhbəri Elşad Quliyevlə onun yanına getmişdik. Məndən soruşdu ki, sabahkı tədbirə nə geyinim. Özümü itirmədən dedim ki, tünd göy kostyumla, moruğu rəngdə qalstuk və ağ köynək sizə çox yaraşır. Qayıtdı ki, mənim qarderobumu məndən gözəl tanıyırsan ki… Sözümün canı budur ki, böyük şəxsiyyət olmasına baxmayaraq, hər bir peşə sahibinin fikirlərinə hörmətlə yanaşırdı. Onun iştirak etdiyi bütün verilişlərin rejissoru olmuşam.

Mətbuata, televiziya işçilərinə böyük qayğısı və hörməti vardı. Moskvada rəhbər vəzifədə çalışanda Bakıya simpoziuma gəlmişdi. Televiziya işçilərinə nəzər saldı, hamımızla salamlaşdı və qəfildən soruşdu ki, bəs Rubençik hanı? Rubençik də Bakıda onun şəxsi fotoqrafı idi. Dedilər ki, indi gələcək. Rubençik gələn kimi gecikdiyinə görə Ulu öndərdən üzr istədi. Ulu öndər başını tərpətdi ki, olan işdir. Heydər Əliyev bu qədər sadə və insanlara hörmətlə yanaşan əvəzolunmaz şəxsiyyət idi.

Yadımdadır ki, 1977-ci ildə mənə əməkdar artist fəxri adını verdi və axşam özü mənə zəng edib təbrik etdi. Həmin günlər həyatımın ən unudulmaz xatirələrinə çevrilib. Ulu öndər mənim üçün bu gün də yaşayır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm