Xalq artisti: “Altı dəfə ölmüşəm”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Altı dəfə ölmüşəm”

Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlı arzularından danışıb.

Publika.az-a açıqlama verən aktyor gənclik illərində xəyal etdiyi arzuların zaman-zaman yerinə yetdiyini söyləyib:

“Tələbəlik illərimdə bütün gənc aktyorların arzusu idi ki, Alen Delona oxşasın, onun adı ilə adları qoşa çəkilsin. Amma mənim arzum filmlərə öz adımla çəkilmək və bu adla məşhurlaşmaq idi. Zaman elə gətirdi ki, öz adımla altı filmə çəkildim. Həmin filmlər Azərbaycan kinosunun ən gözəl inciləridir. Özü də adımla çəkildiyim əksər filmlərdə ölürəm. Bəzən mənə deyirlər ki, kinoda ölməyin düşər-düşməzi olar. Mən belə şeylərə inanmıram. Altı filmdə ölmüşəm, yeddinci filmi də gözləyirəm. Yaradıcı adamların işi elə filmdə ölüb-dirilməkdir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm