Vaqif Nağıyevdən xanımına romantik doğum günü hədiyyəsi - FOTO
Bizi izləyin

Magazin1

Vaqif Nağıyevdən xanımına romantik doğum günü hədiyyəsi - FOTO

Dünya şöhrətli "The Voice" beynəlxalq musiqi layihəsinin Ukrayna versiyası “Qolos krayni” müsabiqəsində iştirak edən azərbaycanlı Vaqif Nağıyev xanımına doğum günündə romantik jest edib.

Publika.az xəbər verir ki, güclü səsə malik ifaçı həyat yoldaşını doğum günü münasibətilə “Facebook” sosial şəbəkəsində təbrik edib. Gənc ifaçı səhifəsində foto-kollaj paylaşaraq həyat yoldaşına olan ürək sözlərini və sevgisini ifadə edib:

"Mənim sevgilim Elmira, səni təbrik edirəm! Sənin kimi belə gözəl hədiyyəyə görə valideynlərinə təşəkkür edirəm! Gülüş və sevinc, səadət və xoşbəxtlik bəxş etdiyin üçün çox sağ ol! Hər şey üçün sağ ol! Həmişə belə gözəl, xeyirxah, ədalətli, təmiz qal! Mənim üçün ən dəyərli insan, ad günün münasibətilə səni təbrik edirəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm