"Body Zorb" turnirinin qaliblərinə nələr təqdim olunacaq? - VİDEO
Bizi izləyin

Magazin1

"Body Zorb" turnirinin qaliblərinə nələr təqdim olunacaq? - VİDEO

Azərbaycanda ilk dəfə keçiriləcək “Body Zorb” turnirinin başlamasına sayılı günlər qalıb.

Publika.az xəbər verir ki, turnir martın 5-i idman günü münasibətilə təşkil ediləcək. Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və “Bos Şelf” şirkətinin dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, turnirdə bir neçə komanda yarışacaq. Hər komandada 5 nəfər iştirak edə bilər. Yarışda iştirak edən 1, 2 və 3-cü yerlərin sahibləri mükafatlandırılacaq.

Birinci yerin sahibinə 50 manatlıq “Check up” müayinə, “Rox” energetik içkiləri və kubok medalları təqdim olunacaq.

İkinci və üçüncü yerin sahiblərinə isə “Rox Adrenaline” klubundan endirim kuponları təqdim olunacaq.

Turnirdə iştirak etmək üçün artıq qeydiyyat başlayıb. Yarışa qatılmaq istəyənlər aşağıdakı linkdə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/1iGqeDENcUjOCz3bQUqwhAwYrVTsS_46XISFCJsBJAGE/viewform?c=0&w=1

Fevralın 26-sı qeydiyyat üçün son tarixdir.


Nəzərinizə çatdıraq ki, qeydiyyatın qiyməti 10 AZN-dir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm