İlhamə Quliyeva dəfn edildi - FOTOLAR (Yenilənib)
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva dəfn edildi - FOTOLAR (Yenilənib)

Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunub.

Publika.az xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi II Fəxri xiyabanda anası, xalq artisti Tükəzban İsmayılovanın yanında torpağa tapşırılıb.

******

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti İlhamə Quliyevanın vida mərasiminə qatılıb.

Publika.az xəbər verir ki, nazir mərhum sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun Azərbaycan incəsənətində xüsusi rolundan danışıb.

Daha sonra xalq artistləri bəstəkar Faiq Sücəddinov, xanəndə Canəli Əkbərov, müğənni Yalçın Rzazadə və Natəvan Şeyxova mərhum sənətkar haqqında fikirlərini bölüşüb, kədərlərini ifadə ediblər.

Oğlu Orxan Nadirov ailəsi adından vida mərasiminə qatılanlara minnətdarlıq edib.

Vida mərasimi bitib. Cənazə qaldırılaraq ikinci Fəxri Xiyabana aparılıb.

******

Bu dəqiqələrdə Rəşid Behbudov adına Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, mərhumun vida mərasiminə qohumları və əzizləri, o cümlədən KİV nümayəndələri qatılıb. Sənət dostlarından isə hələ ki Zülfiyyə Xanbabayeva, Tahir İmanov, Xatirə İslam, Elnur Məmmədov mərasimdə iştirak edir.

Xalq artistinin mahnıları səsləndirilir.

Qeyd edək ki, xalq artisti II Fəxri Xiyabanda anası Tükəzban İsmayılovanın yanında dəfn olunacaq.

İsa, Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm