Məşhur xanımlara bayram sürprizi
Bizi izləyin

Magazin1

Məşhur xanımlara bayram sürprizi

Bir qrup məşhur xanım 8 mart Qadınlar bayramı münasibətilə “İlin işgüzar xanımı” nominasiyası üzrə təltif olunacaq.

Publika.az xəbər verir ki, onların adı martın 7-də mükafatların təqdimetmə mərasimində açıqlanacaq. Ölkənin siyasi, ictimai, media, mədəniyyət, idman və başqa sahələrində uğur qazanan xanımlarına mükafat və hədiyyələr təqdim olunacaq. Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyevdir.

Qeyd edək ki, hər il ənənəvi olaraq təqdim olunan mükafat Qadın, Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Qadın, Ailə və Uşaq Problemi Araşdırmaları İctimai Birliyi tərəfindən təsis olunub.

Qeyd edək ki, ənənəvi olaraq bayram öncəsi keçirilən bu mərasimdə məşhur simalar millət vəkilləri Elmira Axundova, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Leyla Abdullayeva, Kamilə Əliyeva , Jalə Əliyeva, ictimai xadimlər Sona Vəliyeva, Xalidə Bayramova, Qətibə Əsədova, xalq artistləri Amaliya Pənahova, Brilliant Dadaşova, əməkdar artist Dilarə Əliyeva, Tünzalə Ağayeva, stilist Nigar İbrahimova və başqaları “İlin işgüzar xanımı” prizi ilə təltif olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm