Alim Qasımov almanları feyziyab edəcək
Bizi izləyin

Magazin1

Alim Qasımov almanları feyziyab edəcək

Mayın 25-də Azərbaycanın Xalq Artisti Alim Qasımov Almaniyanın Dortmund şəhərində konsert proqramı ilə çıxış edəcək.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, konsert Klangvokal (vokal səs) musiqi festivalı çərçivəsində baş tutacaq.

Bu il səkkizinci dəfə təşkil olunacaq Klangvokal musiqi festivalı mayın 13-dən iyunun 12-dək Dortmund şəhərində keçiriləcək. Dünyanın hər yerindən istedadlı rəssamları və ecazkar musiqiçiləri bir yerə toplayan festivalın dəyişməz şüarı “sərhədsiz”dir.

Festival çərçivəsində 25-dən çox tamaşanın premyerası nəzərdə tutulub.

Beynəlxalq musiqi festivalında Argentina, Kuba, Mərakeş və İran musiqiçiləri də çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm