Faiq Ağayev: “Səmra siyasi oyunların qurbanı oldu” – MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Faiq Ağayev: “Səmra siyasi oyunların qurbanı oldu” – MÜSAHİBƏ

İsveçin Stokholm şəhərindəki “Globe” arenada 61-ci dəfə təşkil olunan “Eurovision-2016” mahnı müsabiqəsinin final konserti başa çatıb.

Yarışmanın sonunda sms səsvermə və peşəkar münsif seçimi nəticəsində “Eurovision 2016”-nın qalibi 534 xalla Ukrayna təmsilsiçi Camala olub.

Azərbaycanı təmsil edən Səmra Rəhimli isə 17-ci yerə layiq görülüb.

Xalq artisti Faiq Ağayev nəticələrlə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.

Nəticələr barədə nə deyərdiniz, yəqin ki, xeyli təəccüblənmisiniz?

- Nəticələr çox gülməlidir. Peşəkarların, bir də tamaşaçıların qərarı ilə Rusiya və Avstraliya birinciliyi bölüşməli idi. Amma gözlənilmədən Ukrayna qalib oldu. Deməli, burda ədalətli qərardan danışmağa dəyməz.

- Səmranı neçənci yerdə görürdünüz?

- Müsabiqə ədalətli keçirilsəydi, Azərbaycan rahatlıqla onluğa düşərdi. Bunu yüzdə-yüz əminliklə deyirəm. Səmra siyasi oyunların qurbanı oldu. Baxmayaraq ki, Avropa Yayım Birliyi bar-bar bağırırdı ki, "Eurovision" incəsənət yarışmasıdır, burda siyasətə yer yoxdur. Amma bütün dünya siyasi oyunun Ukrayna təmsilçisini birinci elədiyini gördü.

- Ukrayna təmsilçisinin anasının erməni olması, sizcə, nəticəyə təsir etdi?

- Mən bu barədə sosial şəbəkədə də münasibət bildirmişəm və yazmışam ki, separatizmdən dərd çəkən Ukrayna dövlətini “Eurovision 2016” mahnı müsabiqəsində Krım-tatar millətinin sürgün olunmasından bəhs edən, müəllifləri Susana Camaladdinova, Art Antonyan, Armen Kostandyan, Yevgeniy Filatov olan “1944” mahnısı ilə qələbə qazanması münasibəti ilə təbrik edirəm.

- Nəticə yəqin ki, sizi məyus etdi. Bir çoxları bunu Səmranın uğursuzluğu kimi dəyərləndirdi. Bəs siz?

- Məyus olmağına məyus oldum. Buna da səbəb ədalətsizlik oldu. Amma qətiyyən bunu Səmranın uğursuzluğu kimi qiymətləndirmirəm.

- Səmra Rəhimlinin səhnə geyimi xeyli söz-söhbətə səbəb oldu. Bununla bağlı fikirlərinizi eşitmək maraqlı olardı?

- Səmra “Azərbaycanın səsi” layihəsində yeddi ay gözümün önündə çıxış edib. Mənim onun səhnə performansına, səhnə geyiminə heç bir iradım yoxdur.

- Bəs ifasına?

- Elə ifasına da.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm