Magazin1
Firuzə İbadova İlhamənin oğlundan baş prokurora şikayət etdi
Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə
Quliyevanın oğlu Orxan Nadirov barəsində Bakı şəhər Baş
Prokurorluğuna şikayət edib.
Bu barədə açıqlama verən F.İbadova bildirib ki, O.Nadirov onun 4500
manatını qaytarmadığına görə bu addımı atıb: “Hazırda özümü elə də
yaxşı hiss etmirəm. Jurnalistlərdən çox xahiş edirəm ki, bu mövzu
barədə mənə daha sual verməsinlər. Çünki hazırda iş gedir. Orxana
dedim ki, pulumu qaytarmasan, Baş Prokurorluğa şikayət edəcəm, o da
dedi ki, “ver”. Mən də buna görə üç gün öncə onun barəsində şikayət
ərizəsini yazdım. Daha bundan sonra heç kim məni narahat
etməsin”.
F.İbadova onu da əlavə edib ki, O.Nadirova görə şəxsən Bakı
şəhər Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil
Usubova müraciət ünvanlayıb.
Qeyd edək ki, F.İbadova Lent.az-a açıqlamasında bildirmişdi ki, O.Nadirov dostu Vüqar Bəkirovla birgə ondan 7 min manat pul alıblar və həmin məbləğin 2500 manatını qaytarıblar. (lent.az)
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı