Abbas Bağırovdan biraylıq QADAĞA
Bizi izləyin

Magazin1

Abbas Bağırovdan biraylıq QADAĞA

Əməkdar artist Abbas Bağırov özünə qadağa qoyub.

Publika.az xəbər verir ki, müğənni bezdiyi üçün soşial şəbəkədən bir ay uğaqlaşmağa qərar verib. Müğənni hər kəsdən ona mesaj yazmamağı da xahiş edib:

“Sosial şəbəkəni dəyərli vaxtımın boşa getməsi kimi qəbul edirəm. Ona görə də 1 ay, bəlkə də çox, heç bir sosial şəbəkədən istifadə etməyəcəm. Özümə inanıram və güvənirəm. Çünki bugünə kimi çox nəticələr gördüm. İyunun 1-dən iyulun 1-nə kimi sosial şəbəkələrdən istirahət edəcəm.

Belə daha yaxşı olacaq. Siz də edin və görün ki, bu sosial həyat nə qədər pisliklər edir. Elə dünyadakı müharibənin də ilk səbəbkarı sosial şəbəkədir. Hələ başqa dəhşətlərdən danışmıram.

Yəqin ki, məni anlayacaqsınız, xahiş edirəm mənə heç bir mesaj yazmayın. Çünki yazdıqlarınızı oxumuram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm