Magazin1
İlhamə Quliyevanın bacısından vəkilə XƏBƏRDARLIQ: “Şayiələr buraxmasın!”
Xalq artistinin miras qalmaqalı yenidən qızışıb.
“Bizim nə Orxanla söhbətimiz olub, nə də onun vəkilini
tanıyırıq”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında mərhum xalq artisti
İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva miras məsələsində
qohumların razılığa gəlindiyi haqda yayılan məlumatlara münasibət
bildirərkən deyib. Müğənninin bacısı Orxan Nadirovun vəkili Habil
Vəliyevin uydurma, şayiə xəbər yaydığını deyərək xəbərdarlıq da
edib:
“Orxan Nadirovun vəkili özündən söz uydurur. Bu barədə heç bir məsələ olmayıb və söhbət də olmayıb. Heç kəslə nə danışılıb, nə də söhbət edilib! İlhamə Quliyevanın mirası nə böyük bir şey olub ki, camaatı maraqlandırır?! Orxan Nadirovun vəkili yalandan, özündən şayiələr buraxmasın!”
Mərhum müğənninin vəkili Elmira Məmmədova da məsələ ilə bağlı açıqlama verib. Vəkil bildirib ki, miras haqqında yayılan son məlumatlar barəsində gün ərzində Orxan Nadirovla görüşüb, məsələyə aydınlıq gətirməyə çalışacaq.
Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu
Orxan Nadirovun vəkili Habil Əliyev modern.az saytına açıqlama
verərək bildirib ki, vərəsəlik iddiasında olan digər qohumlar, o
cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa
gəliblər:
“Mən onların ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki,
ailədaxili məsələ olduğu üçün onları açıqlamaq səlahiyyətində
deyiləm. Xalq artistinin vərəsəlik iddiasında olan bacıları və
digər qohumları var. Amma bildiyim qədəri ilə qohumlar arasında
soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o cümlədən
xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər.
Ümumiyyətlə, qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın
müddətdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Miras qalmaqalında daha çox cənfəşanlıq edən Əli Mirəliyevə
gəldikdə, vəkil onun vərəsəliyə iddialı olmadığını, ümumiyyətlə
qanunun buna yol vermədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən
xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan
Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi
övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı