Aynişan Aybəniz Haşımovanı hönkür-hönkür ağlatdı - FOTO
Bizi izləyin

Magazin1

Aynişan Aybəniz Haşımovanı hönkür-hönkür ağlatdı - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın qızı anasını kövrəldib.

Publika.az xəbər verir ki, müğənninin qızı bu il Türkiyənin Bahçeşehir Universitetinin magistr pilləsini uğurlu nəticə ilə bitirib. Aynişanın uğurlu nəticə əldə etməsi və magistr diplomunu alması müğənnini kövrəldib.

A.Haşımova bu barədə sosial şəbəkədə təsirli status yazıb. Statusu olduğu kimi təqdim edirik: “Bu günü mənə yaşatdığı üçün Allahıma çox minnətdaram. İçi mənim olmaqla Allah bütün övladları arzularına çatdırsın. Balam körpə olanda üzümü qibləyə tutub Allahımla danışdım: “Ey Böyük yaradan, Sən bu körpəni atasız qoydun. Amma, sənsiz buraxma...” deyə Ona yalvardım və Ona hər zaman yardım etməsi üçün dua etdim. “Allahım, məni dosta, düşmənə möhtac eləmə”, - deyib hönkürərək ağladım. Elə bu vaxt digər otaqdan qızımın hönkürtü səsi gəldi. Qızım məndən niyə ağladığımı soruşanda 2 yaşı var idi: “Xalidə görə ağlayırsan? O, gələcək!” deyib mənə sığındı. Bu hadisədən sonra özümə söz verdim ki, bir də ağlamayacam. Çox əziyyətlər çəkdim, amma heç kim bilmədi. Balama yaxşı təhsil verməyi, onu oxutdurmağı özümə söz vermişdim. Gecə-gündüz qızıma da dərslərini yaxşı oxuması üçün məsləhətlə verirdim. Çünki həyat yoldaşıma borcum var idi.

Qızım məni atanın ruhunun qarşısında utandırmadığına görə, sənə təşəkkür edirəm. Allah da səni övladlarından yarıtsın. Bu yazını da göz yaşlarıma boğularaq yazıram. Amma bu, sevinc göz yaşlarıdır. Həyatım, nəfəsim, bütün varlığım, başqaları sənin yağ-bal içində böyüdüyünü düşünür. Heç kim bilmir ki, mən xəstəxanada olanda yatağımın başında dayanıb, boynuma sarılıb ölməməyim üçün Allaha yalvarır və dua edirdin. Mənim körpəm hər an anasını itirmək qorxusu ilə böyüyüb. Şükürlər olsun ki, çətin günlərimiz arxada qaldı. Bilirəm ki, göylərdən atan sənin uğurlarını görür və çox sevinir. Bu günü necə gözlədiyimi bir Allah bilir... Bu müqəddəs Ramazan günlərində tanrıdan növbəti borcumu da yerinə yetirə bilməyi arzu edirəm. Allah mənə onu da həyata keçirməyi nəsib etsin! Amin!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm