“Əri onu ikinci arvadın puluyla saxlayır” - Əməkdar artistdən ŞOK SÖZLƏR
Bizi izləyin

Magazin1

“Əri onu ikinci arvadın puluyla saxlayır” - Əməkdar artistdən ŞOK SÖZLƏR

Əməkdar artist, aktrisa Hicran Nəsirova çəkildiyi “Vicdan haqqı” serialından sonra insanların qınağına tuş gəlib. Hətta yolda, getdiyi yerlərdə onu günahlandıranlar da olub.

Publika.az-a danışan aktrisa insanların haqsız olduğunu deyib: “Serialda qaynana obrazında çıxış edirəm. Oğlumun iki arvadı var. Onun Rusiyadan gətirdiyi ikinci arvadla münasibətimin yaxşı olması tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Mənə dedilər ki, nahaq tərəf tutursan, o biri gəlininin də qeydinə qalmalısan. Mən onlara başa sala bilmirəm ki, günah birinci gəlin Dilarədədir. Dilarə məndən inciyir ki, niyə oğlunun Rusiyada arvad aldığını bilə-bilə mənə demirdin. Mən ona hirslənirəm ki, 8 il ərzində ərindən xəbərin vardı? Bilirdin orada nə yeyib, nə içir, oğlumun ikinci arvadı olmasaydı, bəlkə də onu öldürəcəkdilər. Deyirəm ay qız, ərin səni ikinci arvadın puluyla saxlayır, yoxsa indi villada oturub, uşaqlarınla xoşbəxt olmazdın. Gəlinim Dilarə rolunda oynayan aktrsia Kəmalə də hətta tamaşadan sonra məni günahkar sayır. Deyirəm ağıllı qadın biləndə ki, ərininin qıraqda arvadı var, dava-dalaş salmır, kişini öz tərəfinə çəkir. Sənsə, gündə dava-ldalaş salırsan, köhnə palan içi töküb kişini özündən uzaqlaşdırırsan”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm