Magazin1
Aşıq Əli: “Bıçaqlanan şəxs qohumum deyil”
Qobustan qəsəbəsində keçirilən toyda qətlə yetirilən qəsəbə sakini Fəxri Kərimovun aşıq Əlinin qohumu olmadığı məlum olub.
Publika.az xəbər verir ki, aşıq Fəxri Kərimovun onun qohumu deyil, yaxın tanışı olduğunu söyləyib: “Fəxri qohumum deyil, amma mənə qohumdan da yaxın insan olub. Onu qətlə yetirən şəxs də ortaq tanışlarımızdandır. Qəsəbədə bir yerdə böyümüşük”.
Məlumat üçün bildirək ki, Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Aytən
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO