Azərbaycanlı aparıcı: “Siz boşboğaz kişilərsiz”
Bizi izləyin

Magazin1

Azərbaycanlı aparıcı: “Siz boşboğaz kişilərsiz”

Aparıcı dostlarına qarşı çıxdı

Məşhur aparıcı Lalə Mustafayeva dostlarının onu dar gündə pis vəziyyətdə qoymasından şikayət edib.

Publika.az xəbər verir ki, aparıcı maşınının akumlyatoru xarab olduğu üçün yarı yolda qalıb və sosial şəbəkədə status yazaraq yardım istəyib. Yardımın tanımadığı bir insan tərəfindən gəldiyini deyən L.Mustafayeva feysbuk hesabında bunları qeyd edib:

“Yazdıqlarım mənə "dostunam" deyən insanlara aiddir! Siz necə insansınız?! Başqa vaxtı dostluqdan danışırsınız?! Yazdıqlarımı görürsüz axı! Yazdım ki, problem var, maşınsız qaldım, akumlyator almalıyam! Nədən qorxduz ki?! Pulsuz istəmirdim ki, yardım əlinizi uzadasız! Amma siz boşboğaz kişilərsiz də! Mən buradan tanımadığım, sadəcə burada dostluğumda olan, heç vaxt məni narahat etməyən Anar adında dosta təşəkkürümü bildirirəm! Özü aldı, usta da tapdı və indi düzəldirlər! Halal olsun bu cür oğullara, kişilərə. Anar, soyadını yazmadım, amma bilirsən ki, səndən yazıram. Min dəfə sağol. Özünə əsl dost deyən dostların da bu gün hamısını siləcəm! Nəyə lazımsız ki?! “Vozduxsuz ee vooozdux”. Dostluğumda olub, amma həyatda görmədiyim insanlar oldu! Lakin Anara güvəndim və yanılmadım!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm