Mətanət Əliverdiyeva və Qorxmaz Əlili qalaya gəlmədi - FOTOLAR
Bizi izləyin

Magazin1

Mətanət Əliverdiyeva və Qorxmaz Əlili qalaya gəlmədi - FOTOLAR

Dünən Park Sinema Aymaksda (Park Cinema İMAX) “Məlikməmməd və Ziba” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, komediya janrında çəkilən ekran əsərində Məlikməmməd obrazını Nofəl Şahlaroğlu canlandırıb. Bununla yanaşı, Qorxmaz Əlili, Əzizağa Əliyev, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Rəşid Səməndər, Fatma Mahmudova, İntiqam Soltan, Aynur Abbasova, Nərgiz Zamir də rol alıb.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.

Rejissor Ruslan Hüseynov filmə klassik ad seçdiyini, lakin hadisələrin müasir zamanda baş verdiyini bildirib: "Film borcu olan Məlikməmmədin başına gələn əhvalatlardan bəhs edir. Filmdə əsasən peşəkar aktyor heyəti ilə çalışmağa qərar verdik. Bu, bizim üçün çox vacib idi”.

İlin ən bomba komediyası kimi təqdim olunan filmin digərlərindən fərqinə gəlincə, rejissor bunları deyib: “Çəkilən bütün komediya filmləri bir-birindən fərqlənir. Biz də komediya janrına müraciət etdik, çünki tamaşaçılar gülməyi daha çox sevir. Tamaşaçımız dram janrlı filmləri sevsə də, bir həqiqət var ki, Azərbaycan dramasına izləyici inanmır. Çünki türk dramasına baxan tamaşaçı sonradan bizim dram filmlərimizə baxa bilmir. Amma türk komediyasına baxa bilməyən Azərbaycan tamaşaçısı bizim komediyaya məmnuniyyətlə baxır. Ona görə Azərbaycan komediyası dramasına nisbətdə daha çox baxılır və daha çox satılır”.

Qeyd edək ki, filmdə əsas rolları canlandıran Qorxmaz Əlili və Mətənət Əliverdiyeva filmin qalasına gəlməyib. Əldə etdiyimiz məlumata görə, aktyorlarla rejissor arasında gərginlik yaşanıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm