Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək
Bizi izləyin

Magazin1

Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək

Rusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək.

Publika.az bildirir ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanacaq.

Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir.

N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq.

Biletləri “Ticketbox.az” saytı vasitəsilə, habelə “28 Mall”, “Port Baku Mall” və “Ganjlik Mall”da almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm