Azərbaycanlı aktrisa türk cərrahla ailə qurur - - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisa türk cərrahla ailə qurur - - FOTO

“Cehizsiz gəlinlər” serialı ilə tamaşaçı kütləsi toplayan aktrisa Cəmilə Tağızadə evlənir.

Publika.az xəbər verir ki, bu barədə saytımıza açıqlama verən sənətçi Türkiyə vətəndaşı Murad Temizlə ailə quracağını bildirib. Gələcək həyat yoldaşının ona dəstək olduğunu bildirən aktrisa sənətinə davam edəcəyini bildirib:

“Muradla fevral ayında tanış olmuşuq. Özü estetik cərrahdır – saç əkimi ilə məşğul olur. Sənətimə davam edəcəyəm. Ancaq hər rola çəkilməyəcəm. Çünki Murad çox qısqancdır. Onsuz da açıq-saçıq səhnələrə çəkilmirəm. Bundan sonra gələn rolları isə onunla birlikdə dəyərləndirib, sonra qərar verəcəm. Azərbaycan və Türkiyə arasında böyük layihələrim var. O da mənim yanımdadır. Mənə dəstək olacaq”.

Qeyd edək ki, aktrisanın iki toyu olacaq – biri sentyabrın 7-si Bakıda, digəri isə Türkiyədə baş tutacaq.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm