Magazin1
Natavan Aygünə söz atdı: “Onu istənilən vaxt…” - FOTOLAR
Müğənni Natavan Həbibi instaqram hesabında Xalq artisti Aygün Kazımovaya söz atıb.
Publika.az xəbər verir ki, Natavan bu gün “Crystal Hall”da konsert verməyə hazırlaşan sənətçinin onu təkrarladığını bildirib: “Və budur, düz 6 gündən sonra möhtəşəm “Crystal Hall” səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda “Konsert ili” elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır”.
İfaçının bu paylaşımından sonra hər iki müğənninin fanatları arasında mübahisə başlayıb. Müzakirələrin qızışdığını görən Natavan şərh bölməsini bağlayıb.
O, daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:
"Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra... Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.
Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz".
Pərviz Hüseyn
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO