• USD 1,7000 0,00% EUR 2,0327 -0,77%
    • GBP 2,3622 -0,31% RUB 0,0228 -0,88%

Təranə Qumral: “Musa elə bildi ki, hoteldə mənimlə qalacaq” - MÜSAHİBƏ /FOTOLAR

  • Magazin1
  • 11 Oktyabr 2017 14:05
  • 8 675 Baxış
Təranə Qumral: “Musa elə bildi ki, hoteldə mənimlə qalacaq” - MÜSAHİBƏ

Uzun illər əl-ələ verib yerli şou-biznesin tufanına, qasırğasına sinə gərmək çətin məsələdir. Ancaq onlar bunu bacarıblar. Hər şeyə rəğmən sevgiləri onları ayaqda saxlayıb.

Bugünkü müsahiblərim sevgiləri dillərə dastan olmuş, 21-ci əsrin “Leyli və Məcnun”u, “Romeo və Culiyetta”sı, şou-biznesimizin “Beyons və Cey Zi”si olan müğənnilər Təranə Qumral və Musa Musayevdir.

Publika.az-a danışan Təranə Qumral ilk olaraq, qarşımıza tək çıxır və suallarımıza başlayırıq:

- Bu yaxınlarda qızınıza doğum günü etdiniz, məclisə nə qədər sərmayə sərf olundu?

- Bilirsiniz, həmin restoran bahalı yerdir. Amma xərcimi deyə bilmərəm. Qorxuram elə şeylərdən.

- Hər zaman Musa Musayevlə bir geyinirsiniz, maraqlı rənglərə, parçalara müraciət edirsiniz. İndiyədək dəst geyindiyiniz paltarın ən bahalısının qiyməti nə qədərdir?

- Əslində, bahalı-ucuz paltara fikir vermirəm. Modelyerlə işləyəndə üstünə daş-qaş vurursa, qiyməti təbii ki, baha olur. Amma əsas paltarın yaraşıb-yaraşmadığına fikir verirəm. Çantaya və ayaqqabıya daha çox önəm verirəm. Onları çox sevirəm. Geyimlərimizin formasını, görüntüsünü özüm təyin edirəm. Necə ki, Musanın yanında durub, onu bəzəyirəm. Qarderobuna da özüm baxıram.

- Ən çox rayon toylarına gedən cütlüksünüz. Qazandığınız qonorarı nəyə xərcləyirsiniz?

- Azərbaycanda mahnı satışa buraxmırıq. Mahnı yutuba yerləşdirilir, oradan da gəlirimiz yoxdur. Gəlirimiz ancaq toylardandır. Ən zəif mahnını min manata aranjiman edirlər, alətlər olanda isə iki min manatdan çox olur. Halbuki, bəstəkarı Musadır, amma yenə də ən azı dörd min manat pulumuz çıxır. Geyimlərimiz var, efirə bir dəfə geyindiyimizi ikinci dəfə istifadə etmirik. Uşaqlarımıza baxırıq. Kiçik qızım repetitor yanına gedir. Xərclərimiz çox olur.

- Aylıq nə qədər xərciniz çıxır?

- Bu mövsüm filan qədər işləmişəm, görüm nə qədər xərcləmişəm deyə hərdən nəzarət edirəm. Oturub aldığımız suya qədər hər şeyi hesablamışam. Evdəki tələbatlar, maşınların xərcləri, mobil xərclər və s. götürsək, hələ geyimləri buraya daxil etmirəm, aylıq xərclərimiz iyirmi min manatdır.

- Bəs borcunuz var?

- Bir qəpik də borcum yoxdur. Hər yerdə yoxlaya bilərsiniz. Borcumuz olsa, o gün Zaur deyərdi də (gülür).

- 5/5 proqramında Zaur sizi sıxışdırmaq istəsə də, bu onda alınmadı. Hər dəfə müxtəlif yolla onu susdururdunuz. Gələcəkdə bu “susdura bilmə” bacarığınızı biznesə çevirib, aparıcılıq etmək istəmirsiniz?

- Yox, əslində. Üç qız övladım var. İksi ailə qurub, biri evdədir. Səhər tezdən dururam, onun saçını hörürəm, yemək bişirirəm, məktəbə yola salıram. Onun işlərini dayəyə həvalə etmirəm. Qız uşağını tərbiyə etmək çətindir. Ona çox vaxt ayırıram, ona görə də aparıcılıq etmək fikrim yoxdur. Vaxtımı qızıma həsr edirəm. Müğənnilik həyatım mənə bəs edir.

- Bir ana kimi Sevgimə hansı qadağaları qoyursunuz?

- Ona heç bir qadağa qoymuram, sərbəst böyüdürəm. Bilirəm ki, uşağa nəyə olmaz desən, ona daha çox meyl edir. Qadağa qoymaq əvəzinə, qızımın can atdığı şeyi birlikdə etməyə çalışıram. Uşağım nəyisə istəyirsə, ona nöqtəsinə qədər göstərirəm. Birlikdə əylənirik. O da can atdığı şeylə tanış olduqdan sonra onun zərərli olub-olmamasını özü anlayır və ikinci dəfə istəmir.

- Bir açıqlama vermişdiniz ki, şou-biznesdə heç kimlə dostluq etmirəm. Təklik çətin deyil? Sıxılmırsınız?

- Bizim ailəmiz on nəfərdən ibarətdir. Masa arxasında əyləşəndə bir “banket” oluruq. Qızlarım elə özüm boydadır. Böyük qızım on bir ildir ailəlidir. İki övladı var. İkinci qızım isə dörd ildir evlənib. Onları elə tərbiyə etmişəm ki, getdiyi yerləri öz ailəsi, evləri bilirlər.

- Bəs qayınanalarından şikayət gəlir sizə?

- Qızlarım qayınanaları ilə rəfiqədirlər. Hər yerə birlikdə gedib-gəlirlər. Mehribandırlar. Heç bir şikayətləri yoxdur.

- Efirdə birdən kiminləsə qalmaqalınız olanda evdə qızlarınıza təzyiq göstərmirlər ki, “Sənin anan-atan filan şeyi etdi”?

- Musa ilə qalmaqalımız getdiyi vaxtda qızıma gözəl bir toy məclisi quruldu. Efirlərdə də getdi. Düzdür, belə şeyləri sevmirəm, amma istədim xalqımız görsün ki, həmin ərəfədə belə, biz bu cür toy etdik. Yəni, heç bir müğənninin, jurnalistin pəncərəmizdən atdığı daş içəri girmədi. Ona görə icazə verdim.

- Çox daş atırlar?

- Daş atanların da öz başına dəyir. Elə bir xanımam ki, məndə hər şey gülləkeçirməzdir.

- Əlinizdə gözmuncuğu görürəm. Gözə, nəfsə, caduya inanırsınız?

- Caduya, cadugərə inanmıram. Amma gözə və nəfsə inanıram.

- Çox göz dəyir sizə?

- Çox nəzər dəyir mənə, evə gələndən sonra hər gün Musa üzərlik yandırır. Deyirlər ki, bu təmirə heyfiniz gəlmir, hər gün tüstülədirsiniz? Dünyada öz canımızdan, həyatımızdan önəmli heç nə görmürəm. Bahalı evlər, təmir, filan hamısı boş şeylərdir. Əsas canımızın sağlam olmağıdır.

- Musa bəyə olan sevginiz ilk günkü təravətini qoruyub saxlayır, yoxsa zamanla nələrsə dəyişilib?

- Musaya olan sevgim sonsuzdur, amma bu o demək deyil ki, ona güvənirəm. Deyirlər ki, sevirsənsə, güvənməlisən. O boş şeydir, elə deyil. Güvən və sevgi ayrı şeydir.

- Musa bəyə güvənmirsiniz, bəs o, necə?

- Mən onu deyə bilmərəm axı. Ümumiyyətlə, heç övladımın adından belə danışmaram. Məndə belə xasiyyət yoxdur.

- Yenidən alça məsələsinə toxunaq...

- Həmin vaxtı məni yıxıb-sürüdülər. Qızım hamilə idi, ona almışdım. Yazmadım ki, “ay camaat alçanı bu qiymətə almışam”. Yazdım ki, “ay Allah alçanın qiymətinə baxın!”.

Jurnalistlərdən biri də, götürüb yazıb ki, “Təranə 720 manata alça alıb”. Məni yıxıb-sürüdülər. Mən də acığa düşüb, bir neçə gün sonra alça aldım, əlimdə tutub, şəkil çəkdirdim. O, alça 7200 manat da olsa, qızım onu istəyirsə, alacaqdım.

- Sizin haqqınızda yalan-gerçək çox xəbərlər çıxır. Bunlara reaksiyanız necə olur?

- Jurnalistlərə icazə vermişəm ki, haqqımda yazsınlar, ancaq dərəcəsində olsun. Hərdən məni yıxıb-sürüyürsünüz. Özüm-özümə deyirəm ki, axı bu jurnalistdir, bunun sənəti budur. Fikir vermirəm. Hərdən də, izləyicilər girib, söyürlər. Telefon Musanın əlində olanda, Musa da həmin adamın hesabına girib, onları söyür. Ancaq bu o, demək deyil ki, jurnalistlər “Filankəs xalqı söydü” götürüb yazsın. Axı siz görürsünüz, həmin adam məni təhqir edir. Dinsiz üçün ağlayanda, imam üçün də ağlayın. Mənim də əsəblərim var, onu cilovlamaya bilərəm. Mən də insanam, mənim də “kalbim” var (gülür).

Mən də ona bir kəlimə deməliyəm də, xıncımı almaq üçün bir damcı onu göynədən bir şey “düdüd” yazıb iynələyirəm. Onlar mənə xəncərini sancır, mən də bıçağımı keçirirəm.

Müsahibənin bu dəmində Musa Musayev içərir girir və Təranə Qumralın sözlərinə əlavə edir:

- Bizi xalqımız çox sevir, biz də onlara bağlıyıq. Bir-iki nəfərin təhqir yazmağı ilə heç nə olmur. Bilirik ki, bu xalqın işi deyil, bizi həzm edə bilməyənlərin işidir.

- Sizi kim həzm edə bilmir?

- Bəzi insanları deyirəm. Təranə və mənim bir-birimizə olan sonsuz sevgimizi onların gözü götürmür. Zərərsiz insanlarıq.

- Yeri gəlmişkən, “Maşın” şou yenidən başlayıb. Keçən dəfə Musa Musayevin sizinlə hoteldə qalmaq istəməsi söhbəti yayılmışdı..

- Son günə qədər Musa elə bildi ki, mənimlə hoteldə qalacaq. Qapıdan Musaya “Sənə yaxşı yol!” dedilər. Hər yerdə kameralar var idi. Qaldığımız mərtəbədən yuxarı çıxmaq, yaxud aşağı düşmək ixtiyarımız yox idi. Hər bir şeylə təmin olunurduq. Axşamlar da cəmi bir saatlıq telefondan istifadə etməyə icazə verirdilər. “Maşın” möhtəşəm şoudur. Murad bəyə uğurlar arzu edirəm.

Pərviz Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR