“Maşın”da “RADAR”A düşənlər: “Sənin kimi SƏVİYYƏSİZLƏ...”
Bizi izləyin

Magazin1

“Maşın”da “RADAR”A düşənlər: “Sənin kimi SƏVİYYƏSİZLƏ...”

“Xanımlar vs Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun dördüncü günü də qalmaqallarla yadda qalıb.

Publika.az xəbər verir ki, Xalq artisti Arif Quliyev səhhəti ilə əlaqədar şounu tərk etdikdən sonra səsvermə prosesi başlayıb.

Səsverməyə isə öz istəyi ilə qutuya ən çox şəkili atılan şəxs Günel Ələkbərova çıxıb. O, səs toplayarsa, şoudan aparıcı Vüsalə Kərimovanı çıxaracağını bildirib.

Qarşıdurmanın səbəbi isə Mehriban Xanlarovanın otağından başlanan mübahisə olub. Bir-birini ittiham edən tərəflər canlı yayımın olmadığı vaxt mübahisə yaşayıblar.

Günel Vüsaləni hörmətsizlik etməkdə, onu təhqir etməkdə günahlandırıb:

“O, mənim rəqibim deyil, ola da bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan yediyi çörəyə tüpürməz. Onunla heç vaxt münasibətim olmayıb. Sadəcə aparıcı kimi tanımışam. Yəqin ki, o da, məni müğənni kimi tanıyıb. Bu qadın özünü elə aparır ki, sanki günahsız mələkdir”.

V.Kərimova isə mübahisəni daha da alovlandırıb:

“Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin. Ona görə də eşitmisən. Lazım gələrsə, yenə deyərəm. Çox təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm. Bəli, mən mələyəm. Buna heç şübhən olmasın”.

Günel isə ona “Səviyyən elə səs tonunu qaldırmağından bilinir. Sənə müalicə lazımdır, psixoloji problemlərin var” deyərək cavab verib.

Daha sonra Günel əlavə edib ki, “Vüsalə etdiyi təhqirə görə məndən üzr istəsə, onu oyundan çıxarmaram”

Ancaq V.Kərimova üzr istəməyəcəyini bildirib:

“Üzr istəmək də bir qabiliyyət tələb edir. Ancaq üzr istəməli heç bir səbəb yoxdur”.

Sonda G.Ələkbərova “qalsın”a 33,06 faiz səs toplayaraq, yarışmanı tərk edib.

Qeyd edək ki, bundan sonra şouda Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçı Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərli yarışacaq.

Onu da bildirək ki, realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm