Magazin1
Amerikalı tarzən BAKIDA konsert verəcək
Amerika Muğam Cəmiyyətinin sədri, tanımış musiqiçi Ceffri Verbok Bakıda müxtəlif musiqi alətlərində konsert proqramı ilə çıxış edəcək.
Publika.az xəbər verir ki, amerikalı musiqiçisi Ceffri Verbokun konserti Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Musiqiçini tarda Sahib Paşazadə, kamaçada isə Toğrul Əsədullayev müşayiət edəcək, həmçinin xanəndə Rəvan İsmayılovun da çıxışı gözlənilir.
Konsertdə "Qarabağ şikəstəsi", "Segah", "Şur" muğamları və digər kompozisiyaları ifa olunacaq.
Məlumat üçün bildirək ki, Ceffri Verbok ömrünü muğam tarixinin və tarın öyrənilməsinə həsr edib. Musiqişünas alim dünyanın müxtəlif ölkələrində muğam haqqında mühazirələrlə çıxış edir. O, ABŞ, Fransa və digər ölkələrdə konsert proqramları ilə çıxış edib.
Azərbaycanda onu "Ceffri qardaş" adlandırırlar. Musiqiçi Azərbaycan muğamı ilə 1970-cu ildə tanış olub. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova tarzənin ilk dəstəkçisi olub, o, Ceffri Verboka Amerikada verdiyi konsertində çıxış etmək üçün ona imkan yaradıb.
Qeyd edək ki, Verbokun həyat yoldaşı azərbaycanlıdır, onların nikahından bir oğlu var.
Aytən
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO